Fəxri Müslüm - Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim
16.07.20
Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq! Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt! Səbr də, daraldı, bu taledi, baxtdı, baxt! Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Bu yurd da, vətən də, durub, ayaq üstədir, Həsrət gözü yorub, qulaqlar da, səsdədir, Arxanca bütöv xalq, topardı, yol üstdədir, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Üzündə, gözündə Alparslanın zəhmi var, Səngərdən, səngərə, qəhramanlıq, fəhmin var, Bilirəm, sən türksən, nahaq yerə, rəhmin var, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Göz var, gecəsini diri açdı, dan, üzdü, Əsgərim, zabitim, şəhid oldu, can üzdü, Kimdi, bu naxələf, zaman aldı, an üzdü!? Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Sən, Tanrı dağına, ulu kökə bağlısan, Tarixən çəkdiyin, ağır yükə bağlısan, Neçə zirvələrə, neçə dikə bağlısan, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Vətən şəhidinin, qanı yerdə qalmasın, Alın yad nəfəsi, yurda, tamah salmasın, Ölsək də, bu millət, bir də, darda qalmasın, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Inam da sənindi, güc, qüvvət də, sənindi, Təpər də sənindi, bu qeyrət də, sənindi, Yadı, çaşbaş edən, bu heyrət də, sənindi, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Toxala alağın, dibindən vur, bitməsin, Bu bağda, baxçada, qanqal olub, ötməsin, Bir də, bu torpağın, bərəkəti itməsin, Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq! Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt! Səbr də, daraldı, bu taledi, baxtdı, baxt!
Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
15.07.2020
|