Türkiyənin tanınmış yazıçısı vəfat edib
14.07.20
Türkiyənin tanınmış yazıçısı və dramaturqu Ədalət Ağaoğlu 90 yaşında vəfat edib.
Bu barədə məlumatı Türkiyənin Boğaziçi Universiteti yayıb.
Fatma İnayət Sümər (“Ədalət”) 1929-cu ildə Ankara şəhərinin Nallıxan rayonunda anadan olub. Gəncliyində Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı onda çox böyük iz qoyub. Fransız dili və ədəbiyyatını bilən Ədalət Ağaoğlu Orxan Vəli, Yəhya Kamal Bayatlı, Əhməd Həmdi Tanpınarın şeir məclislərinə qatılıb.
1951-ci ildə Ankara dövlət radiosunda (TRT-nin bazası) işləməyə başlayıb. 1955-ci ildə Həlim Ağaoğlu ilə ailə həyatı qurub. Onunla birlikdə iki il ABŞ-da yaşayıb. 1961-i ildə dostları ilə birlikdə Ankarada “Meydan səhnəsi” adlı ilk özəl teatr qurub.
Onlarla dram, roman və sseneri müəllifidir. Ermənilərdən üzr istəmək kampaniyasının fəallarından olub. /Report/
|