Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Ərdahan şəhərində Əbülfəz Elçibəy xatirə ormanının təməlatma mərasimi geçirilmişdir.
Bu barədə Ərdahan Dövlət Üniversitetinin professoru Şurəddin Məmmədli demişdir:
– Mənalı həyatımın 10 ilinin bağlı olduğu Ərdahan şəhərində Bəxtiyar Vahabzadə prospektindən hər keçəndə mütləq qürur hissi keçirirəm. İndi bu şəhərdə qürur yerim bir deyil, iki oldu. Ərdahandan Gürcüstana doğru yol güzərgahında gül-çiçəkli çəmənlikdə “Əbülfəz Elçibəy Xatirə Ormanı”nın təməl atma törənini Azərbaycan'ımızın qalıcı müstəqilliyi dönəminin ilk cümhurbaşkanının vəfatının 20-ci ildönümü ərəfəsində gerçəkləşdirdik. Bu qürürverici faktın təşəbbüskarı Türk Ocaqları Ərdahan şöbəsinin sədri Mirzə Polat başda olmaqla Ərdahan'dakı bütün Azərbaycan sevərlərə Azərbaycan adına minnətdarlıq ifadə etdim.
Xatirə ormanı Ərdahandan Gürcüstana doğru yol güzərgahında gül-çiçəkli çəmənlikdə yerləşir.
|