Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )

26.06.20

HƏMİD HERİSÇİNİN ŞEİRİ – EY ŞƏMS, GİRDABA DÜŞ...

Həmid Herisçi Azərbaycan şeirinə təzə bir üslub gətirdi, ancaq qəribədir, heç kəs bunun fərqində olmadı, yəqin ona görə ki, bu üslub poeziya məkanında bir yox, bir neçə dəfə doğulasıymış. Həm də bu şeirin dediyi, oynadığı hava bir az da “bizimki” deyildi, xüsusi bir şeydi, ona öyrəşmək yox, dərindən, lap elə yuxu kimi fəhm etmək lazımdı. Keçən əsrin 90-cı illərinə aid “Şəms Təbrizinin şeiri” bu baxımdan nümunə göstərilə bilər. Bax, elə bu ayrıntıdan çıxış edilərək təsdiqlənə bilər ki, 90-cı illərdən başlayaraq Azərbaycan şeirində xüsusi bir yol ayrıldı. Ancaq bu yol elə indinin özündə də nəfəs dərə-dərə gəlir, gecikir, aradabir yaddaşını yoxlamalı olur. Niyə? Ona görə ki, fikrimizcə poeziyada əsasən iki üslub mövcuddur: məlum həqiqətləri montaj edib şeir libası geyindirən və təzə həqiqət kəşf edib onu yeni dil kimi təqdim etmək; bu ikincisinin əyaniləşməsi böyük enerji tələb edir, həm yaradıcıdan, həmdə ədəbi prosesin özündən.

Haydegger esselərinin birində elə belə də yazmışdı: “şair olmaq - ölçmək deməkdir”. Poeziya doğrudan da yerlə göy arasında insan həyatının ərazisini ölçən bir dildir. Bu əsnada varlıq yaşam deyilən ərazinin ölşüsünü alır və dəyər həmin gerçəklik keçilən (ötmək mənasında) kimi əyaniləşir. O, baxışlarını eyni zamanda hər iki istiqamətə - bu dünyadakı varlıq və əşyalara və görünməyən uzaqlardakı əşyalara, yaxud üfüqə zilləyir. Iki nəsnə arasında ölçmək – şairin gördüyü iş elə budur; qət etdiyi yol adi olduğu qədər də təhlükəlidir, çünki həyatın adi nəsnələrdinən danışa-danışa birdən elə yerlərə gedib çıxa bilər ki, burada məna azıb qalar.

Həmidin üslubunun əsas strukturyaradıcı xassəsi nədir, - soruşulsa, belə demək lap yerinə düşərdi: - bir şeirdə bir neçə mətnin iç-içə hifz olunması. Bu mətn-framentlər bir-biri ilə incə ştrixlərlə bağlanır və bir azdan bu incə ştrixlər ayrıca bir fraqmentə - dolğun bir mətnə çevrilir. Bakıdakı dəfn mərasimlərinin birində / ölənin böyüdülmüş şəklini görüb / sanki ölümün böyüklüyünü / anladım /darıxdım.... Sonra: bir neçə ştrixlə gecənin, dünyanın – bu nəhəng çardağın səssizliyi təsvir edilir. Bu nəhəng çardağın altında hamı səsini içinə salıb, kiriyib. Sonra:

...Fəqət sükutda
Dodaqların özü də elə səsdir.
Bəlkə də qışıqırıqdır...
... Bizim bu nəhəng sükutda
Dodaqlar səsə bənzəyir...

İnsanların adi düzümdə gördüyü bütün nəsnələr qəribə bir mexanizmin hökmüylə ən müxtəlif proyeksiyalara tuş gəlir, paralelləşir, çarpaz düşür, qışqırır, səsini içinə salır və iç-içə geydirilən mətnlər böyüdülmüş şəkildən dodaqlara sığınan qışqırtıya qədər danışır, Şəmsin hikmətlərini...

Belə deyək, adi “bənzətməli”, yəni sadə-mürəkkəb bənzətmələr üstündə qurulan mətnlərdə mətn yığılmır, əksinə sökülür, məlum klişelər üstündə montaj edilir, yəni, bədii mətn fəlsəfi mənası etibarı ilə əslində elə bədii kəşf olduğundan bənzətmələrdən hörülən şeirlərdə bu funksiya elə brinici bənddə darmadağın edilir, yəni bədii kəşf əyaniləşmir, çünki əsas məsələ nəyisə bir formul kimi açmaq yox, onu bəlkə də usta şəkildə gizlətməkdən ibarətdir. Elə bir qaydada ki, sən eşitdiyin səsi həm də bir möcüzə sayəsində görə biləsən. Bunun üçün səs qaibdən, kadr arxasından gəlməlidir, şeir birbaşa deyilməməlidir, havaynan gəlməlidir, sənə sözü yox, onun lap elə ilkin formasına qədərki tarixini pıçıldamalıdır.

Bax beləcə:

Ağlamağa gələndə
Birinci insan ağlayır,
Sonra yağışlar, bulaqlar...
Birinci insan ağlayır,
Sonra bütün yerdə qalanlar...
Sonra, ancaq sonra
Bütün bu yağışlar
Ildırım xətkeşiylə
Göylərin ölçüsünü hesablayar,
Yediyimiz çörəklər necə də dadsızdı...

Mətnlər iş-içə yığıldığından üst qat-səth itir, xalis fikir itir, qəzaya uğrayır, daim, vaxtaşırı olaraq, yaxud belə deyək, fasiləsiz olaraq dib-girdab daşır, özü ilə neçə-neçə yeni mətləb gətirir.

Fikir verin: - bütün yalvarışların çırpılmamış dizləri...

Bu mətnlər zahirən üst qatda olsun ki, bir çoxlarının fəhm etmədiyi bənzətmələrdən hörülüb, amma əslində məsələ tam başqa yöndən orijinal həll üsulunu tapır – üst qatdan dərinə getdikcə, dünyadakı məlum-məşhur cəhətlər dəyişir, üst aşağıya, girdaba, sol sağa və sair arasıkəsilmədən çevrilir və şeirin bətnindəki sirr elə özü olaraq qalır, min illər keçir, zaman, zalım fələk nə oyun oynasa da o sirr qalır yerində. Bu sətirləri demək hər kəsə müəyəssər ola bilər:.... kif atmış çörək kimi göyərən bu yoxsul torpaqdan,
Gecənin talvarılndan üzüm kimi sallanan ulduzlardan...

Olsun ki, Həmidə qədər də bu fikirlər bir az fərqli şəkildə ifadə edilib. Yəni, hər bir orijinal metafora köhnənin bir az şəkildəyişməısidir. Ancaq mətndə elə bir an, məqam yetişir ki, o oxşar, bənzər şeylərin içində heç kəsin deyə bilməyəcəyi bir mətləb doğulur.

Qorxuram,
Danışmıram,
Danışsam,
Sözlərin üstünə qan kimi sıçrayacaq mənim dodaqlarım!!!

Bax, burda məlum mətn naməluma, sirrə, mübhəm bir şeyə çevrilir. Və Şəmsin də üz tutub dünyaya, onun qulağına pıçıldadığı söz – bircə söz bundan ibarət idi. Şəms Təbrizidə məlum “sığmazlıq mətləbi” – onun mətləblərinin sözə çevrilə bilməməsi, danışdıqda sözün qabıq verməsi, başqalaşması, daha doğrusu istənilən dilin bu mətləb qarşısında dağılması... doğrudan da nəqədər düşündürücü olsa da açılmamış qalır.

“Divan”da da belə bir məsələ ifadə edilir ki,

Gileylənmə, işıq sönüb, ağlama ki, səs kəsilib:
İtən heç də onlar deyil, yalnız əksləridir.

Gördüyümüz hər şeyin bizdən kənarda örnəyi, əsası var,
O ölməzdir – ölən isə yalnız gözlə görünən olacaq.

Şəmsə həsr edilən şeirdə “xırda bir damalada sərhədsiz dünyanın həyatının təkrar olunması” ideyası, bir şeyin, nəsnənin itməyincə görünməməsi, yaddaşdan silinməyincə dirilməməsi ... aspektləri Həmidin üslubuna xas şəkildə ifadə olunub. Biz bu şeirdən hər hansı misranı, yaxud misraları nümunə gətirib deyə bilmirik: baxın, necə də gözəldir, necə də gözlənilməzdir! Bu misralar, onların içindəki həyat qırıntıları sanki nə zamansa itib batıb (deyək ki, bir gül ləçəyində) indi Həmid adlı bir şairin mətnində orijinal biçimdə dirildib dünyanı anladır.

... Yediyimiz çörəklər necə də dadsızdı...
Onların dadını ancaq
Zindana göndərilən bu çörəklərin içindəki
Gizli məktublar artırar.
Orda şikəstə xəttəiylə
Mənim hikmətlərim yazılar...
Göy üzü də yer üzüdü
Ancaq orda torpaq yoxdu,
Bu cahanda nə varsa
O, həm var, həm də yoxdu...

Bax, bu mətn parçasının içindəki metaforalar inanıram ki, ayrı-ayrı əsrlərdə kimlərsə deyib, onların bir ağızdan, bir qələmdən deyilməsi xüsusi bir funksiyadır ki, indi şeir mətni ilə ifadə edilir. Uzun sərlərdən sonra hissəciklər tama qovuşur, Həmidin şeirində.

Bir cəhəti də qeyd edim, Həmin şeirləri heç də quru didaktika və ya sadəcə “irfan dərsi” deyildir, bu həm də uzaq əsrlər öncəsi həm də bizə aid coğrafiyada torpağın lap alt qatlarına qdərə sızmış bir fikir cərəyanının təbii şəkildə davamıdır. Həmin şeirləri ortaçağ poeziyasının mahiyyətinin, əsas fəlsəfəsinin bu günkü dünyada adekvat əksidir.

Biz bunu bir dəfə qeyd etmişdik, indi təkrar fikrimizcə yerinə düşür: böyük, ilahi poeziyanı anlamaq üçün təsəvvür pərdəsini qaldırmaq, canın göz qapaqlarını açmaq gərəkdir.

/facebook.com/javanshir.yusifli/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.