Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
20.06.20

“Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur”.

1201-ci ildə İranın Xorasan vilayətində Tus şəhərində anadan olub. İlk təhsilini Tusda atası məşhur Şiə fiqh alimi Muhammed İbn Hazandan alıb. O,ərəb dili, Qu­ran, hədis, şiə fiqhi, hüquq, məntiq, riyazyiyyat, təbiət elmlər və metafizik dərsləri uşaq yaşlarında öyrənib.Nəs­rəddin Tusi Azərbaycanın böyük alimlərdən biridi.

Gənçlik illərində Nəsrəddin Tusi təhsilini davam etdir­mək üçün Tusdan ayrılaraq, o dövrün intellektual mər­kəzi olan, məşhur alimlərin burada dərs verdiyi Nişapura gedib. Feridüddin Damad Nişapuridən dərs alıb. Nişa­purinin müəllimi Əfdələddin Gilani olmuşdusa, onun müəllimi Sədrəddin Sərahsi, onun da müəllimi Əbu Ab­bas Lakari, onun müəllimi də Bəhmənyar(1), onun da müəllimi İbn Sinadır. Nəticə etibarı ilə Nəsrəddin Tusinin beş filosofun vasitəsi ilə Məşşai fəlsəfəsinin ustadına bağlları meydana çıxır. N.Tusi Feridüddin Damad vasi­təsilə İbn Sinanın “əl-İşarət vət-tənbihatı”nı oxudu. Fax­rəd­din ər-Razinin tələbəsi olan Kutbəddin əl-Misridən İbn Sinanın Qanununu oxudu. Kəmaləddin İbn Yunus əl-Misridən riyaziyyat dərsləri aldı. 1222-ci ildə hədis nəql etmək üçün icazət verildi. Monqolların hücumu nəticə­sində İsmaili əmri Nəsrəddin Əbdurrəhmanın xidmətinə göndərildi. Burada “Əxlaqı Nasıri”,“Əxlaqı Möhtəşəmi”, “Şərhul İşarət” və“Əsasül-İktinbas” adlı kitablarını yaz­dı. İsmaililərlə keçən günlərini və əsasəndə “Şərhul İşa­rət” adlı kitabını yazdığı zaman içinə düşdüyü vəziyyət­dən belə şikayət etmişdi: “Bu kitabın önəmli bir hissə­sini, elə çətin şərtlər altında yazdım ki, bundan daha çətininə rast gəlmək qeyri-mümkündü’’. Başqa bir fars şerində şikayətini belə dilə gətirmişdi: “Ətrafıma baxdı­ğım zaman elə bir üzük görürəm ki, məndə onun qaşı­yam’’.

Nəsrəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onların içində elm­lə məşğul olan və dövlət işlərində vəzifə alanlar ol­muş­dur. Nəsrəddin Tusi nəslindən olanlar sonralar Nax­çıvan ərazisində yaşamışdılar. Bəziləri Elm dünyasında, ədəbiyyat və incəsənət sahəsində önəmli şəxslər olmuş­dur. Tusinin nəslinin bir hissəsi Naxçıvanın Ordubad bölgəsində ömür sürüblər. I Şah Abbas da oranı Nəs­rəddin Tusinin xətirinə bütün vergilərdən azad etmişdir. Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üs­tündə bu haqda daş kitabədə yazılmışdır.

1255-ci ildə Monqol xanı Hülakü İranı işğal edərkən Nəsrəddin Tusinin məhbus olaraq qaldığı Alamut Qala­sını da ələ keçirir. Tusi İsmaili əmrinin sülh yolu ilə Hü­laküyə təslim olmasına vasitəçi olur. Bu təşəbbüsü Mon­qol xanının da xoşuna gəlir. 1256-cı ildə Monqol xanı onu xidmətinə götürür və sonradan vəzirlik vəzifəsinə qə­dər yüksəlir.

10 Ramazan 1257-ci ildə Hülakü Həmədandan Bağ­dada yola çıxanda Xəlifəyə məktub göndərir ki, təslim olsun. Monqolların ordusu Bağdada yaxınlaşdığı zaman Hülakünün yanında Nəsrəddin Tusidə var idi. Bağdad mühasirə altında olduğu zaman Hülakü Nəsrəddin Tu­sini elçi vəzifəsində Xəlifəni təslim olmağa razı salmaq üçün onun sarayına göndərir. Xəlifə əvvəlcə təslim ol­ma­ğı rədd edir, ancaq Tusinin mətiqinə inanıb ailəsiylə bərabər təslimiyyəti qəbul edir. Nəsrəddin Tusi diplomat elçi vəzifəsini icra edərkən Hülakü xanın Bağdadda hü­cumundan maksimum dinc əhalini qorumaq üçün önəmli addımlar atır.

Hülakünün əmri ilə Marağaya gedən Tusi məşhur rəsədxananın inşasını başladır. Hülakü xan ən çox onun tibb və astronomiya sahəsindəki peşakarlığı ilə maraqlanmışdı. Nəsrəddin Tusi monqolların Bağdadı ələ ke­çir­məsindən sonra hökümdarı yola gətirərək ölkədə ya­şayan digər filosof və elm adamlarını edamdan qoruya bilmişdi. Onlara elmi çalışmalarını inkişaf etdirmək üçün öz ətrafına toplayaraq hərcür şəraitlə təmin etməyə nail olmuşdu. Bəzi rəvayətlərə görə, o, Hülakünü və ar­vadını gizlicə müsəlman etmişdi. Şəxsən özü onu həkim kimi xanı sünnət etmişdir. Bu rəvayəti təsdiqləyən başqa mən­bələrdə vardı. Vəfat edən Hülakünün yerinə oğlu Abaqa Xan keçmiş və Tusini də özünə vəzir təyin etmiş­dir. Həmdə xanın xüsusi həkimi olmuşdur.

1257-ci ildə Nəsrəddin Tusinin yanında Xorasana gedənlər arasında məşhur filosof Qütbəddin əş-Şirazidə (1236-1311) var idi. Abaqa Xan ovda vəhşi öküz tərə­findən yaralandıqda, Tusinin məsləhəti ilə Böyük Xanı bir həkim əməliyyat edib sağaltdı.

1273-ci ildə Abaqa Xanla Bağdada getdiyi son səfərində o, yolda xəstələnir. Böyük Xan Şirazi ilə bərabər Nəsrəddin Tusinin xəstə yatağına baş çəkir. Bu xəstəlik nəticəsində 1274-cü ilin iyulun 25-dəvəfat edən filosof Kazımeyində dəfn edilir.

Marağa Rəsədxanası və Nəsrəddin Tusi

Hülakünün himayəsilə Nəsrəddin Tusi tərəfindən astronomiya rəsədxanası Marağada qurulmuşdu. Raşi­dəddin Fəzlullaha görə Hülakü İrana gəldiyi zaman özü ilə bir qrup Çinli filosof, doktor və astranomiya elm ada­mı da gətirmişdi. Raşidəddinin söyləyir ki, Nəsrəddin Tusi çinli elm adamlarının bildiklərini çox sürətlə öyrə­nib. Tusi Rəsədxananı 1259-cu ildə xidmətə açıq elan edir. Burada İslam dünyasının fərqli yerlərindən gələn 20-yə yaxın elm adamı və çinli riyaziyyatçı işləyirdi. İslam ölkələrinin hər tərəfindən gələn tələbə və müəllimlər bu­rada elmi fəaliyyətlə məşğul olurdular. Monqollar İranı işğ etməzdən əvvəldə riyaziyyat və astranomiya sahələ­rin­də Tusinin məşhurluğu hər yerə yayılmışdı. Bu rəsəd­xanada fəlsəfədən tutmuş riyaziyyat və astronomiyaya qədər intellektual araşdırmalar fasiləsiz aparılırdı. Bura artıq Şərqin nəhəng elm mərkəzinə çevirilmişdi.

Tusinin dəvəti üzərinə Şam, Bağdad, Tiflis, Qəzvin və Şirazdan elm adamları Marağaya gələrək elmi çalışmalarda iştirak edirdilər. O, rəsədxananın həyətində bir kitabxana da inşa etdirmişdi. Burada 40 min cild əsər var imiş. Rəsədxananın xərcləri zəkatla qarşılanırdı. Bu, eyni zamanda Nəsrəddin Tusinin başçılığı altında Qərb renessansından əvvəl baş verən elmi inqilab idi. Əsl mə­nada Nəsrəddin Tusi bir renessans dühasıydı. Bu ba­xım­dan inamla demək olar ki, istər astronomiya, istərsədə coğrafiya sahəsində Avropa intibahına Tusinin əsər­ləri qədər təsir göstərən ikinci bir Şərq elm adamı tap­maq çətindi. Nəsirəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən Marağa rəsədxanasını inşa etdirərək, orada göy cismlərinin öyrənilməsi sahəsində böyük bir məktəbin əsasını qoymuşdu.

Nəsrəddin Tusinin qurduğu rəsədxananı müasir za­manda ancaq məşhur NASA (ABŞ Aviasiya və Kosmos İdarəsi ) ilə müqayisə etmək olar. Bu isə türk-müsəlman dünyasının yetişdirib bəşəriyyətə bəxş etdiyi Nəsrəddin Tusinin idra­kının böyüklüyünü göstərir.

Nəsrəddin Tusi və Siyasət

“Əxlaqi Nasıri”ndə siyasətlə əlaqəli bölüm iki hissəyə ayrılır. Birinci hissədə “Dər teəbir mənazil” (“Ev İşlərinin Ne­cə İdarə Ediləcəyi Haqqında’’) ev işləri və azda olsa cəmiyyət işləri yer alır. İkinci hissədəsə “Dər Siyasət-i Müdün” (“Şəhərlərin Siyasəti Haqqında’’) mil­li məsələ, yaxud da daha geniş miqdarda cəmiyyət nizamı haqqında məsələlər yer almışdı.

Nəsrəddin Tusi ev işlərində “qadın və əri, ana-baba ilə uşaqlar, xidmətçi ilə sahibi, mal ilə mal sahibi ara­sında meydana gələn bir nizamı”ələ almışdı. Filosofa görə evin ağaçdan, daşdan, çadırdan və dirəklərdən, ağaç kölgəsindən yada mağaradan olması heç bir şeyi dəyişdirməz. Ev geniş və fərah olmalı, yanğın və oğru­lara qarşı təbii və qeyri-təbii fəlakətlərdən qorunmalıdı. Nəsrəddin Tusi qadına çox dəyər vermişdi. Ona görə “yaxşı bir qadın ailədə malda-mülkdə kişiyə ortaqdır, sahiblikdə və ailənin idarəsində kişiyə ortaqdır, kişinin olmadığı zaman ailə işlərini o idarə etməlidir yəni kişinin vəkilidi”. Ana babaya mütləq hörmət göstərilməsini is­təmişdi.

Nəsrəddin Tusinin Düşüncələri

O, öz dövründəki çox saylı məşhur filosoflarla mək­tub­laşmışdı. Məşhur Sədrəddin Qonəvi Nəsrəddin Tu­siyə məktub göndərmişdi. Bu məktubda böyük filosof Nəsrəddin Tusiyə heyran olduğunu, nizamlı olaraq onun­la məktublaşmaq istədiyini və ondan Məşşa fəlsəfəsini öyrəşmək istədiyini xaiş etmişdi. Qonəvi ətrafındakı fi­losoflarla müzakirə etdiyi fəlsəfə mövzularından məyda­na gələn bir kitabı Nəsrəddin Tusiyə göndərmişdi. Nəs­rəddin Tusi tez bir zaman ərzində Qonəviyə səmimi və incə bir dillə cavab vermişdi. Kitabı çox bəyəndiyini dilə gətirmişdi. Nəsrəddin Tusi hər zaman ona məktub yaz­mağa niyyətləndiyini, davamlı məktublaşmaq istədiyini qəbul etmişdir. Qonəvinin məktubunun onun üçün xoş olduğunu və bununla şərəf duyduğunu bildirir. Sürpriz olduğunu, məktublaşmağı Qonəvi başladığı üçün ən böyük şərəfin ona aid olduğunu dilə gətirmişdi.

Nəsrəddin Tusi fizikanı təbiət şünaslıq məsələlərinə da­xil etmişdi. Burada sadə və mürəkkəb cismlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn: göy gurultu­su, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar ha­disələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblə­rinin xüsusiyyətləri (mineralogiya), bitkilər, onların növ­ləri, nəfs və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət edən cismlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüv­vələri (zoologiya), insanın düşüncəli nəfsinin xüsusiyyət­ləri (psixologiya) öyrənilir. Nəsrəddin Tusi təbabət, əkin­çilik elmini və s. fizikanın əlavə bölmələri hesab etmişdi. Onun və Marağa rəsədxanasında çalışan alimlərin kəşf və ixtiraları bəşər elminə böyük tövhə sayılır. Mənbələrdə Nəsrəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə “bəşər ustadı” deyilmişdi.

Onunən məşhur tələbələrindən biri Əllamə Qütbəd-din əş-Şirazidi.Tusinin fiqh elminə ciddi yanaşmış tələ­bələrindən biridə məşhur Şiə fəqih Əllamə Hilli hesab olunur. Hilli üstadı Nəsrəddin Tusi haqqında “indiyə ki­mi gördüklərimin arasında ən dəyərlisidi’’,- demişdi.

Nəsrəddin Tusinin bir çox sahədə çalışma və araşdır­malar apararaq böyük ideaları həyata keçirmişdi. İn­tel­lektual səviyyəsi onu İbn Sinaya bənzətmişdi. Nəsrəddin Tusi fəlsəfə, kəlam, əqaid və təsəvvüf sahələrində böyük bilgiyə sahib olmuşdur. Əsərlərini ərəb və fars dillərində yazmışdı. O bir çox elm adamı ilə məktublaşmışdı. Onun məktublarının çoxu günümüzə qədər qorunub saxlan­mış­dı. Onun elminə heyran olan Şirazi öz ustadlıq kür­süsünü Nəsrəddin Tusiyə vermişdi.

Nəsrəddin Tusinin fəlsəfə haqqında fikirlərinədə İbn Sinanın “İşarələr və qeydlər” kitabının şərhində və “Prob­lemlərin həlli”, “Kəlamın təcridi”, “İqtibasın əsası” ila­hiy­yat məsələlərinə də müəyyən yerverilmişdi.

Nəsrəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq fəlsəfəsini inkişaf etdir­mişdi. Tusi varlığı ilk səbəb və nəticə timsalında qisim­lərə bölüb, onlar arasında zaman fərqinin olmadığını göstərmiş, mümkün varlığı, o cümlədən maddi aləmi əzəli və əbədi saymışdı. Filosofun varlıq təlimində ma­teriya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar riyazi və təbii-elmi fikirlərdən misallarla hər­tərəfli və dərindən işıqlandırılmışdı. Nəsrəddin Tu­si­nin idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli mərhələləri elmi şəkildə şərh edilmiş, hisslər vasitəsilə şey­lərin zahiri cəhətlərinin, əqil ilə onların mahiyyətinin dərk olunduğu göstərilmişdi. Filosofun məntiq təlimin­də təfəkkür formaları və onların növləri xüsusi araşdırılır. Nəsrəddin Tusinin fars və ərəb dillərində yazdığı əsər­ləri Orta Əsrlərdə İslam fəlsəfəsinə böyük yeniliklər gətir­mişdi.

Riyaziyyat, triqonometriya və hesab ilə əlaqəli əsərləri müsbət elmlərə bö­yük faydaları olmuşdu. Astronomiyada, xüsusən planet nəzəri­yəsi ilə əlaqəli əsərləri də mükəmməldi. Nəsrəddin Tusi dövlət vəzifələrinin xaricində elm, fəl­səfə, musiqi və şairliklə də məşğul olmuşdu. O, musiqi ilə əlaqəli bir risalə yazmışdı. Nəsrəddin Tusinin “Şərhul-İşarət”, “Akasamul-Hik­mə”, “Bakan-Nəfs”, “Cəbr-u İxtiyar”, “Rabtul-Hədis bil-Qədim”, “Rəvadal-Kulüb”, “Əxlaqı Möhtəşəmi”, “Əxlaq-ı Nasıri”, “Şərh-i İsbad-ı Ağıl”, “əl-İləl vəl-Malülat”, “əl-İlmül-İqtisabi”, “Kəyfiyyat-i Suduril-mevcüdat” və Nəc-məddin Dəbran ilə məktublaşması fəlsəfə haqqında yaz­dığı əsərləridi. Nəsrəddin Tusi bilinən və bilinməyən yüzlərlə əsərin müəllifi olmuşdur.

(1) Bəhmənyar ibn Mərzəban əl-Azərbaycani: İbn Sinanın ən tanınmış tələbələrindən idi. Məcusi bir ailədə dünyaya göz açmışdı və sonra İslam dinini qəbul etmişdi. Önəmli əsərləri; ət-Təhsilat, Taliqat, əl-Mubasatdı.

Atif Abbasov, araşdırmacı, yazar

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.