Anar Məcidzadə - Dünya qaba, sən fağır, Əzrayılla oynama
12.06.20


Ana sevgisi

Uca Allah, nə yaxşı ki yaratdın -
Dünyada sevməyə bir ana vardır.
Zaman ötüb, gənclik keçib, an keçib,
Anamın əlləri qabar-qabardır.

Saçları ağ - o bir vüqarlı dağdır,
Şükür Tanrım, o yaşayır, o sağdır.
Mən qəm yesəm o sevincdən uzaqdır,
Mənim dərd günümdə qəlbi qübardır.

Duası yol açıb - kama çatmışam,
Başını dizinə qoyub yatmışam.
Ömründən ömrümə mən gün qatmışam,
Anası olanlar şad, bəxtiyardır.

Anadır dünyanın ocağı, piri,
Hər zaman yaşayan, hər zaman diri.
Gətirib dünyaya bu gənc şairi,
Şair də anaya bağlı Anardır.


Bu dünya səni yıxsa

Özgəsindən haray yox,
Özgəyə bel bağlama.
Bu dünya səni yıxsa,
Dözümlü ol, ağlama.

Gələr gün gündən ağır,
Deyilər neçə nağıl.
Dünya qaba, sən fağır,
Əzrayılla oynama.

Anar, çalış ol mətin,
Əyilməsin qamətin.
Daha düzələr çətin;
Sabahlara inanama.


Sən özün bilirsən məhəbbət nədir

Axan göz yaşını yağışda gizlət,
Ağla gizli-gizli, sən ağla xəlvət.
Hər axan göz yaşı sevgidir əlbət;
Sən özün bilirsən məhəbbət nədir.

Eşqimiz yaşayar, ölən deyil ki,
Sevgisiz bir insan gülən deyil ki,
Hər gün bir məhəbbət gələn deyil ki;
Sən özün bilirsən məhəbbət nədir.

Sənin baxışların gözümdə qalıb,
O odlu nəfəsin üzümdə qalıb,
Sənli xatirələr özümdə qalıb,
Sən özün bilirsən məhəbbət nədir.

Gülün ətri gələn yaz da gözəldir,
Sevgi də, işvə də, naz da gözəldir.
Hər işi məhəbbət, sevgi düzəldir;
Sən özün bilirsən məhəbbət nədir.

Ay mənim inciyim, mənim kövrəyim,
Amandır, qayıt gəl, qoyma göynəyim.
Axı mən nə deyim, nəyi söyləyim?
Sən özün bilirsən məhəbbət nədir.


Səni unutmağı çoxdan unutdum

Mən ağladım gecə-gündüz səninçün,
Göz yaşımı xəyalınla qurutdum.
Səni necə unudum ki, gülüm, mən?
Səni unutmağı çoxdan unutdum.

Darıxmazdım bu həyatda heç zaman,
Sənin üçün mən yamanca darıxdım.
Başımı da itirmişəm deyesən,
Həsrətindən çaşıb qaldım, karıxdım.

Ömür keçir, zaman keçir - dayanmır,
Gün də batır, ay da çıxır beləcə.
Təklik yaman sıxır məni, əzizim,
Tək qalıram xəyalınla hər gecə.

Bilirsən ki mən necəyəm, mən kiməm;
Bir atəşəm - alışaram, sönmərəm.
Mən Anaram, öz əhdimə sadiqəm,
Öz eşqimdən, öz sevgimdən dönmərəm.


Mənim Bakım

Nə yaxşı ki, var Bakım,
Küçələri dar Bakım.
Hüsnünə yaraşıqdır,
Gecə işıqlar, Bakım.

Gözəlləşdin anbaan,
Görənlər olur heyran.
Səndən uzağa getsəm,
Mən qalaram nigaran.

Hər küçəsi, hər daşı,
Tariximin yaddaşı.
Göy ləpəli Xəzərin,
Bakım olub sirdaşı.

Sevmirəm sənin qədər,
Bu dünyada bir şəhər.
Hər sabahın, hər gecən,
Bir nəğmədir, bir əsər.

Nə yaxşı ki, var Bakım,
Sevənlərə yar Bakım.
Anar sənin qoynunda,
Qurdu xəyallar, Bakım.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.