Pərvanə  Məmmədli - Gözü ulduzlarda,ayağı  torpaqda olan şair
11.06.20

Poetik istedad özlüyündə heyrətamiz bir haldır, Allahın  bəxş  etdiyi  vergidir. Və qadına aid  olduqda daha çəkici, cazibəli olur. Əslində, şeiri  kimin  yazmasına görə; kişi və qadına bölmək olmaz. Ancaq yenə də məhz qadının fəhmi, duyumu və ilhamı ilə yaradılan ayrıca obrazlar və düşüncələr dünyası mövcuddur. Fərqanə Mehdiyevada olduğu kimi. O Azərbaycan qadın şairlərinin içində özəl üslubu  olanlardandır.
Fərqanə ilə çox az müddət ərzində tanış oldum və az bir vaxtda onu tanıdımsa da varlığı ilə, şeiriyyəti ilə qəlbimdə dərin dərin iz qoydu. O çoxlarında indi az  olan məziyyətləri  ilə  mənə maraqlı, dogma  gəldi.
Fərqanəyə xas olan cəhətlərdən biri o idi ki, ürəyi həyat eşqi, yaşamaq sevgisi  ilə dolu idi. Çox həssasıydı və heç nə gözündən heç nə qaçmırdı. Ağzı xeyir-dualı olub, qəlbi, xisləti ilə ətrafa  xoş niyyət saçırdı.
 Bütün varlığı ilə şeiriyyət idi və içində müsbət enerjinin şəfəqlərini hiss  etmək  olurdu.
Hər  yerə vaxt tapıb özünü çatdırardı. İstər sosial şəbəkədə olsun  ya  istər  hər  hansı uzaq-yaxın məkanda, fürsət  tapıb qatılar, xoş sözlərini əsirgəməzdi. O fevral ayında doğulsa da, “fevral təbiətli”deyildi (Lənkəran bölgəsində soyuq təbiətli  adamlara “Fevral ayı” deyirlər).
Onun poeziyası tematik cəhətdən zəngindir. Həyata müxtəlif rakurslardan  baxmağı bacarırdı. Əzəli-əbədi hisslər: sevgi, sədaqət, sadə olmayan qadın-kişi münasibətləri, dünyanın gərdişi və ana, övlad haqqında lirik şeirləri dərin səmimiyyəti, saflığı və nəcibliyi ilə oxucunu özünə çəkir.
Onun lirikasında şair ruhu, həyəcan və sıxıntıları, hissləri və düşüncələri yansıtılır. Şeirlərinin hər sətri qadın ruhunun, qəlbinin bütöv bir kitabıdı, desək  yəqin yanılmarıq.
Daxili hisslər o zaman əsl lirikanın  mövzusu olur ki, müəllifin özəl daxili  aləmi ilə dünyagörüşü bir birinə bağlı  olsun.
Poeziya o zaman  uğurlu olur ki, şairin hiss və fikirləri çoxlarının ürəyinə yol tapmış olsun. O özü də həyatda  sanki Yerlə Göy arasında idi:

Bir dəli sevginin əlindən tutub
Gedəsən dünyanın axırınacan.
Özündən kənara hərdən çıxasan,
Göydən ayrılasan, Yerdən çıxasan.

Gözü göydə, ulduzlarda, ayağı  isə torpaqda idi. Tarazlığını  belə  saxlayırdı:

Əlinə bir kağız, qələm götürüb
Gedəsən dünyanın axırınacan.

O oxucuya öz hiss, həyəcanlarını  açıqca etiraf edirdi. Fərqanənin lirik etirafı ilə həyatının həqiqətləri arasında bərabərlik işarəsi qoymaq olar. Bu etiraflar 7  ildən bəri sağalmaz xəstəliyə tuş gələndən daha da güclənmişdi:

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

“Başdaşı düzəldənlə söhbət” şeirində yumorla sarkazm çox incəliklə bir  yerdə verilir:

Usta, alverin çox olar,
Bu qara rüzgarla, çağla.
İstəyirsən lap beh verim,
Yaxşısını mənə saxla.

Fərqanənin şeirləri səmimi idi və ürək ağrısı, ağıl və hisslərin qarışıqlığı, gündəlik həyat qayğılarını yansıdırdı.
 Lakin bu  lirik misraların mahiyyətində bir çox insanın duyğu və hissləri ilə əlaqəli bir şey var ki, onu ictimailəşdirməyə yönəldirdi. Bunlar isə poeziya və  həyat həqiqətləridir:

Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.
Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.

O köçə nədən qoşula bilmədi,amansız xəstəlik onu yaxalayıb, yoldan saxladı, ilk  dəfə bu xəbərin  poetik  şəklini belə  çəkdi:

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Amma  illlər  öncə Şəkil  silsiləsindən  olan  başqa  bir  şeirində isə həyat  sevgisi, ümid dolu  sabahlara ,anıları yaşadan şəkillərə  marağı hədsiz  idi:

Ağzım uzun ömrə sulandı vallah
Qarşımda ocaq tək qalandı vallah.
Dünyada nə varsa yalandı vallah
Dünyada tək bircə qalan şəkildi....

Onun ən yaxşı şeirləri təbiiliyi, məhrəmliyi ilə cəlbedicidir. Və müəllifin səmimiyətlə qadının qaygı və sevincini,məqsədinə yetmək üçün çəkdiklərini və  ana ürəyi haqda  yazdıqları ilk  diqqəti cəlb edir.
Fərqanənin misralarını bir birinə pərçimləyən motivlər, baş alıb gedən  gənclik, ata-ana  intizarı, mənəvi təmizlik haqda düçüncələridir.
Əsl şeir ruh üçün ən yaxşı dərmandır. Poeziya da Fərqanin ruhunun dərmanı  idi. “Təndir”  şeiri onun ən  seçilən  və  sevilən  şeirlərindəndir:

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır.

Belə ki, “Təndir” şeirindəki ən adi, metaforalar – “ananın içindən alışan təndir”, “ananın qəlbinin odunda bişən kündələr”, “ananın ərkyana şillələdiyi təndir”, “ananın  yaxın getməyəndə sinəsi çat-çat olan təndir” və  s. şairin anası  ilə bağlı hisslərini və təəssüratlarını dəqiq və tam ifadə edir.
Ümimiyyətlə Ana  onun şeirlərinin əsas qəhrəmanıdır.
"Ana" şeirində anaya hüdudsuz məhəbbət, sədaqət, heyranlıq, minnətdarlıq və hörmətini ifadə  edir:

Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə,
Bircə can sözünə ehtiyacım var.

Həyat yoldaşı  İlqar  uca qarlı dağların qoynunda – Gədəbəydə  böyümüş dağ  adamı idi (Sonralar bildim ki, həyat yoldaşı İlqar bəylə uzaq qohumuq). Fərqanənin dağ bulaqlarının suyu kimi  saf olan poetik  şeirlərini də  hələ  müəllifi  görmədən duyub, bəyənmişdi. Fərqanənin  şeirlərini  oxuyub, səsini  ekrandan eşidib, özünü görmüş, tapıb  könlünü  vermişdi. Yazdığı  şeirlərinin ilk oxucusu idi, şeirlərinin çoxunu əzbər  bilirdi. Evləri qonaq-qaralı  olardı. Çox  vaxt  evdəki qonaqlıq şeir ədəbiyyat məclislərinə çevrilərdi. Fərqanənin tələbə yoldaşı, yaxın  sirdaşı Aləmzar  xanım “ekiz tayı” kimi  tanıdığımız Faiq bəy bunların  canlı şahidi olub. Bir  dəfə mən  də bu  məclisə düşmüşdüm. İrandan  muğam biliciləri  və şeir xiridarlarının da olduğu bu məclisdə İlqar bəy böyük şövqlə Fərqanənin yeni  şeirlərini söyləmişdi. İlqar bəydən sonuncu dəfə Fərqanənin  məzarı  başında onun ürəkdağlayan bir şeirini də eşitdik, bir neçə gün özümə gələ bilmədim. Şair  yoldaşları, onu sevənlər Fərqanə haqqında gözəl xatirələr yazıblar. Yanılmıramsa, Şəfəq Nasir onu ağ gülə bəzədirdi. Tələbəlik illərində isə tələbə yoldaşlarından  biri ona nərgiz gözlü demişdi. Mən də onu Yasəmənə bənzədirəm. İldə bir dəfə  çiçəkləyən və ətri hamını məftun edən yasəmənə. Son dəfə  də onu (son gücünü toparlayıb sanki bu toya saxlamışdı, çox xoşbəxt görünürdü) oğlu  Ülfətin  toyunda yasəmən rəngli paltarda gördüm. Torpağa basdırılan gün qəbrinin ətrafında da yasəmən ağacları var idi. Son məkanı da (Bakı mühitində çox nadir də olsa) yasəmən və quş səsləri ilə əhatə olunmuş köhnə bir qəbiristanlıq oldu...
Nə karantin şəraiti, nə də yaşadığı (yerdən götürüldüyü) ünvanın uzaqlığı ona dəyər verənlərin son vidasına səd çəkə bilmədi. Cismi ilə  vidalaşsaq da şeirləri diri qaldı.
Artıq ağrılarının acısı onu rahat buraxacaq və şeirlərində bizə sevdirdiyi anası ilə qovuşacaq. Şeirlərindən Yasəmən ətri gələn yasəmən gözlü, bənzərsiz Fərqanəmiz əlvida!

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.