Qulu Ağsəs - Qəfildən pandemiya düşdü, bütün dünya Çin oldu...
08.06.20
Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs koronavirus pandemiyasına daha bir şeir həsr edib. O, həmin şeiri təqdim edirik. Sözügedən şeiri oxuculara təqdim edirik:
Sizə kimdən danışım – tək qadından gül ağzını açmırdı dişlərinin ucbatından. Çoxundan kəsdi, azından kəsdi, bir əliydi, bir boğazı boğazından kəsdi, dişlərini düzəltdirdı – elə ki əlinə maya düşdü, aylarla gördüyü röya çin oldu, qəfildən pandemiya düşdü bütün dünya Çin oldu... Dözmədi, gül ağzını açıb çıxdı evdən – bir o idi yer üzündə, bir də taclı mələkdi! Baxışdılar, ikisi də qəh-qəhə çəkdi...
/Qafqazinfo/
|