“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

DƏRGİNİN BU SAYINDA 25-dən ARTIQ ÖLKƏNİN ƏDƏBİYYATINI TƏMSİL EDƏN 50-yə YAXIN YAZIÇI HAQQINDA MƏQALƏLƏR YER ALIB


Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” sayının yeni sayı çapdan çıxıb. Dərginin 2020-ci ildəki ilk sayı “Elmi baxış” adı ilə təqdim olunur və özündə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlər kollektivinin dünya ədəbiyyatı ilə bağlı son dövrə aid tədqiqatlarını əks etdirir.

Bu barədə “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib.

Baş redaktor qeyd edib ki, dərginin yeni sayı Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə AMEA Ədəbiyyat İnstitutu arasında əldə olunan razılaşmaya əsasən, bu institutun dəstəyilə hazırlanıb: “Dünya ədəbiyyatı”nın yeni sayında 50-dən artıq alim-ədəbiyyatşünasımızın müxtəlif ölkələrin ədəbiyyatına, məşhur yazıçıların yaradıcılığına, onların əsərlərinin Azərbaycan ədəbiyyatı ilə bağlılığına, eləcə də ümumən ədəbi əlaqələr və bədii tərcümə məsələlərinə dair məqalələri, həmçinin bir neçə tərcümə işi toplanıb. Dərginin “Elmi baxış” sayında müasir Azərbaycan ədəbiyyatşünaslığının böyük bir qisminin dünya ədəbi mühiti və prosesinə, xarici ədiblərin yaradıcılığına və şəxsiyyətinə hansı yönlərdən yanaşdığını, onu hansı müstəvidə, necə bir prizma altında təhlilə cəlb etdiyinı mümkün qədər aydın şəkildə əks etdirməyə çalışmışıq. Alimlərimizin ədəbi əlaqələr və bədii tərcümə ilə bağlı məsələlərə münasibətini, bu istiqamətdəki araşdırmalarını ortaya qoyan bir çox məqalə də dərginin yeni sayında işıq üzü görüb. Bu sayımızda Türkiyə, Amerika, Rusiya, Fransa, İngiltərə, İran, İtaliya, İrlandiya, Yaponiya, Polşa, Gürcüstan, Misir, Hindistan, Monqolustan, Çin, Vyetnam, Meksika, İndoneziya, Koreya, Pakistan, Malayziya yazıçılarının yaradıcılığı, həmçinin qazax, qırğız, özbək, kalmık, türkman, qaraçay ədəbiyyatı nümunələri barədə məqalələr, tərcümələr verilib”.  

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu dərginin “Elmi baxış” sayının dolğun, əhatəli mündəricəyə malik olduğunu deyib: “Dərginin yeni sayı dünya ədəbiyyatı ilə bağlı ölkəmizdə aparılan tədqiqatlar barədə sistemli və ətraflı təəssürat yaratmaq baxımından son dərəcə uğurlu addımdır. Eyni zamanda, bu say AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə əməkdaşlığımızın real və dəyərli nəticəsi olaraq da əlamətdardır. Belə bir işin ərsəyə gəlməsi naminə bizə yaxından dəstək verən, başda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli olmaqla, Ədəbiyyat İnstitutunun kollektivinə təşəkkürümü bildirirəm. Həmçinin “Dünya ədəbiyyatı” dərgisinin yaradıcı heyətini bu yeni və sanballı sayın nəşri münasibətilə təbrik edir, yeni uğurlar arzulayıram”.

Nəşrdəki “Dünya ədəbiyyatı anlayışına Giriş və “Dünya ədəbiyyatı” dərgisinin xüsusi sayına Müqəddimə” adlı irihəcmli açılış məqaləsində Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu fikirləri vurğulayıb: “...Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə layihəsi kimi çapa hazırlanmış bu say ümumiyyətlə ölkəmizin yazıçılar təşkilatı ilə akademik ədəbiyyatşünaslıq qurumunun qarşılıqlı əməkdaşlığının nə qədər səmərəli olduğunu əyani şəkildə nümayiş etdirir. Aşkar surətdə görmək mümkündür ki, bu əməkdaşlıq qarşılıqlı surətdə həm ədəbi prosesin və ədəbiyyatın, həm də tənqid və ədəbiyyatşünaslıq elminin inkişafına uğurla xidmət edir”.

Akademik İ.Həbibbəylinin fikrincə, “Dünya ədəbiyyatı” dərgisi Azərbaycanda dünya ədəbiyyatında gedən prosesləri izləməyə geniş şərait yaratmaqla yanaşı, ayrı-ayrı ölkələrin ədəbiyyatlarında baş verən ədəbi proseslərin, yeniləşmə meyillərin tam halda, obyektiv ədəbi mənzərəsi ilə dərk edilməsinə xidmət göstərir: “Ayrı-ayrı xalqların ədəbiyyatları ilə Azərbaycan ədəbiyyatı arasında möhkəm və etibarlı bir sənət körpüsü olmaq funksiyasını da “Dünya ədəbiyyatı” dərgisi böyük məsuliyyətlə yerinə yetirir”.

“Dünya ədəbiyyatı” dərgisinin AMEA Ədəbiyyat İnstitutu əməkdaşlarının ayrı-ayrı ölkələrin ədəbiyyatına dair apardıqları tədqiqatların nəticəsi olan elmi məqalələrinə özünün bütöv bir sayını həsr etməsini yüksək qiymətləndirən İ.Həbibbəyli bu barədə yazır: “Qeyd etməyi lazım bilirəm ki, “Dünya ədəbiyyatı” dərgisinin Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi məqalələrindən və tərcümələrindən ibarət xüsusi buraxılışını nəşr edib ictimaiyyətə çatdırması mahiyyət etibarilə ölkə miqyaslı mühüm elmi-ədəbi hadisədir. Bu, həmçinin Azərbaycan Yazıçılar Birliyinin, onun üzvi tərkib hissəsi olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, habelə “Dünya ədəbiyyatı” dərgisinin olduğu kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da tarixinin əhəmiyyətli və unudulmaz səhifəsidir...

Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin, ədəbi-elmi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyətə malik “Dünya ədəbiyyatı” dərgisinin Ədəbiyyat

İnstitutu ilə ortaq sayı kimi xüsusi buraxılışının nəşrinə göstərilən diqqətə görə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara, Bədii Tərcümə və Ədəbi Əlaqələr

Mərkəzinin rəhbəri, istedadlı şair və tərcüməçi Səlim Babullaoğluna, bu sayın hazırlanmasında xüsusi zəhməti olan dərginin baş redaktoru Seyfəddin Hüseynliyə kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm”.

Şahanə MÜŞFİQ
/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.