Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
15.03.20
Yazıçı Qalib Şəfahətin "Sandıq" romanı nəşr edilib.
Oxuculara təqdim olunan "Sandıq" romanında biz Qalib Şəfahət yaradıcılığının fərqli bir üzünü görürük. Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakursdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır.
İlk səhifədən sona qədər "bu hadisələr gerçəkdən baş vermişmi" sualı oxucunu rahat buraxmır. Lakin oxucunun, yazıçının inandırıcı üslubu qarşısında yazılanları həqiqət kimi qəbul etməkdən başqa bir seçənəyi qalmır.
Fərqli bir süjet xətti üzərində qurulub, dili obrazlıdır, üslubu orijinaldır. Hadisələr erməni mühitində baş verir, ermənilərin öz dilləri ilə milli xislətləri təsvir olunur.
Qarabağ mövzusunda çox əsər yazılıb, amma erməni xislətini içdən təhlil edən kitab ilk dəfədir ki, qələmə alınır.
|