Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
10.03.20
Yazıçı Səxavət Sahilin müəllifi olduğu “İsanın qadını” romanı ikinci dəfə çap edilib.
Kitab birinci nəşrinin tükəndiyi və oxucu marağına görə yenidən işıq üzü görüb. “Avanqard Yayınları”nda nəşr edilən kitab ilk dəfə 2014-cü ildə “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından 1000 tirajla nəşr edilmişdi.
“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur. Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həpsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. “İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.
|