Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib

28.12.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini bildirib. Akademik İsa Həbibbəyli Məmməd Cəfər Cəfərovun hərtərəfli şəxsiyyət olmasından, onun bir ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyəti ilə birgə, dilçilik, folklor, estetika, teatrşünaslıq, tarix və digər sahələrdə də araşdırmalarından bəhs edib.

Akademik İsa Həbibbəyli əlavə edib ki, Məmməd Cəfər Cəfərov nədən yazırsa yazsın, o, ilk növbədə konseptual baxışlara malik olan nəzəriyyəçidir. Akademikin bu tipli tədqiqatlarına nümunə olaraq “Nizaminin fikir dünyası”, “Hüseyn Cavid” və digər əsərlərinin məziyyətlərindən danışıb. Həmçinin Məmməd Cəfər Cəfərovun öz məktəbini yaratması haqqında da fikir bildirib. Bunlardan başqa alimin “Get dolangilən, xainsən hələ” tragikomediyasının tapıldığını, çap olunaraq Naxçıvanda tamaşaya qoyulduğunu diqqətə çatdırıb. Araşdırmalar nəticəsində Məmməd Cəfər Cəfərovun 30-40 məqaləsinin, 100-ə qədər məktub və teleqramlarının əldə edildiyini də bildirib.

 Sessiyada akademik Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs”, akademik Möhsün Nağısoylu “Akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşləri” adlı elmi məruzələrlə çıxış ediblər. Digər alimlərdən filologiya elmləri doktorları Şirindil Alışanlı “Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbi-nəzəri fikrinin   problemləri”, Tahirə Məmməd “Məmmməd Cəfər Cəfərovun elmi irsi nəzəri baza kimi”, Vaqif Yusifli “Məmməd Cəfər Cəfərov tənqidçi kimi”,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Məmməd Cəfər Cəfərovun teatrşünaslıq baxışları” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda akademik Məmməd Cəfər Cəfərovun ailəsi adından professor Ulduz Həşimova çıxış edərək tədbirin təşkili üçün təşəkkürünü bildirib.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.