"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
28.12.19
"Ulduz” jurnalının son-dekabr sayı işıq üzü gördü. Jurnalın bu sayı filologiya elmləri namizədi Səyyad Aranın "Bir dəstə çiçək kimi...” başlıqlı ekspert yazısı ilə açılır. Xuraman Hüseynzadənin "Özüylə söhbəti və yazısı” jurnalın bu sayına xüsusi rəng qatır.
Professor Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi” Stanslav Yeji Letsin müdrik deyimləri, "Şeir vaxtı”nda Əlizadə Nuri və Turan Uğurun şeirləri, "Nəsr”də Qəşəm Nəcəfzadə, Etibar Muradxanlı və Zəki Vilayətoğlunun hekayələri, "Qəzəl de ki...”-də Vüqar Rahi, "Ulduz” arxivində Xalq şairi Rəsul Rzanın İmadəddin Nəsimiyə ithaf etdiyi "Son gecə” poeması, "Tribuna”da Samirə Məmmədlinin "Azərbaycan Mühacirəti-Faciə Ümid Bucağinda” başlıqlı publusistik yazısı, "Tənqid”də tənqidçi Əsəd Cahangirin "Gənclər söz istəyir” başlıqlı tənqidi yazısı, "Tərcümə saatı”nda Aslan Quliyevin tərcüməsində Dilek Yüksəlin "Pompeyi sevərkən” hekayəsi, " Dərgidə kitab" Gülay Tahirli, "Böyükdən uşağa" rubrikasında isə Mina Rəşidin uşaq şeirləri yer alıb.
Bundan başqa, Günay Səma Şirvanın Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr etdiyi "Nəsrdə portret yaratma üsulları" yazısı, Əli Şirin Şükürlünün ədəbi supermatizmə aid nümunələri, Nəcibə İlkinin şeirləri, Kamandar Eyvazlının "Nəsiminin bayatı nəfəsli şeirləri" başlıqlı yazısı, Kamandar Eyvazlının "Körpünün üstü" şeiri oxucuların görüşünə gəlib. "Sərgi" rubrikasını isə istedadlı gənc rəssam Zöhrab Salamzadənin rəsm əsərləri bəzəyir.
Qeyd edək ki, "ulduzlu nəşrlər" layihəsi çərçivəsində gənc yazar Faiq Hüseynbəylinin "Sevgi heykəli" şeirlər kitabı da oxucuların sərəncamında olacaq.
|