Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
26.12.19

KONKRET.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsində “Ulduz” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti, şair Qulu Ağsəslə (Zeynalovla) görüş keçirilib.

Görüşdə filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.

Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova giriş sözü ilə tədbiri açaraq “Ulduz” jurnalı və jurnalın baş redaktoru Qulu Ağsəsin bədii yaradıcılığı haqqında dərin məzmunlu çıxış edib, əhatəli məlumat verib.

Daha sonra söz jurnalın baş redaktoru Qulu Ağsəsə verilib. Baş redaktor “Ulduz” jurnalının  52 illik fəaliyyəti, hazırkı durumu haqqında maraqlı məlumatlar verib. O, redaksiyalarının  hər zaman ədəbi gəncliyin üzünə açıq olduğunu bildirib.

Sonra  fakültə dekanı, filologiya üzrə elmlər doktoru, professor, şairə Mahirə Hüseynova, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, şair Zahid Xəlil, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Razim Məmmədov, dosent Pərixanım Hüseynova tələbələrlə birgə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onları maraqlandıran suallarla jurnal redaktoruna müraciət ediblər.

Görüşdə fakültənin “Meh” ədəbi dərnəyinin üzvləri xüsusi fəallıq nümayiş etdiriblər. Onların “Ulduz”un baş redaktoruna verdiyi maraqlı suallar və  yaradıcılıqlarından söylədikləri şeirlər xüsusi maraqla qarşılanıb. Səmimi ab-havada keçən görüş zamanı fərqlənən bir çox tələbənin “Ulduz” jurnalına abunəsi reallaşıb.

Fakültənin yaradıcı gəncləri öz yazılarını Qulu Ağsəsə təqdim ediblər. Qərara gəlinib ki, belə görüşlər mütəmadi xarakter alsın.

Aynurə Əliyeva

Konkret.az

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.