“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində “Uçan xalçanın nağılı” sənədli filmi çəkilərək tamaşaçıların ixtiyarına verilib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə “Bədii və sənədli filmlər” studiyasında hazırlanan film Qarabağda “əsir düşən”, Los-Ancelesdə hərraca çıxarılan və yenidən Azərbaycana qayıdan “Baxçada güllər” xalçasına həsr olunub.
Filmdə həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə qaytarılan xalçalardan da bəhs olunur. Minillik tariximizin rəngli yaddaşı olan xalçaların vətənə dönüşü haqqında çəkilən “Uçan xalçanın nağılı” sənədli filminin rejissoru Nurlana Bürhanzadə, ssenari müəllifi Şəfəq Sultan Əlixanlı, operatoru isə Elxan Rüstəmovdur.
|