Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
09.11.19

Ədəbiyyat İnstitutunda Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib.

 Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Aslanın yaradıcılığı və “Üç əqrəb zamanı” kitabının özünəməxsusluqlarından danışıb. Müəllif haqqında bilgi verən akademik bildirib ki, Bəxtiyar Aslan Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Ümumilikdə 552 sayı işıq üzü görən “Türk ədəbiyyatı” jurnalının 2015-ci ildən baş redaktordur. Həmin jurnalda Azərbaycana da geniş yer ayrılır.

Akademik əlavə edib ki, şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görən yazıçı “Şəhərin xəbəri yox”, “Cənnətin son saatları”, “Qar və düyün”, “Yazının kölgəsi” və s. kitabların müəllifidir.  İnstitutun direktoru Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşri olan bu əsəri Türkiyə və Azərbaycan ədəbiyyatının təbliği yolunda önəmli hadisələrdən biri kimi dəyərləndirib. Təqdimat mərasimində çıxış edənlərin kitab haqqındakı məqalələrinin Azərbaycanın müxtəlif mətbuat orqanlarında, “Türk ədəbiyyatı” jurnalında və ayrıca kitab halında çap olunmasını tövsiyə edib.

Sonra müəllif Bəxtiyar Aslan çıxış edərək təqdimat mərasiminin təşkili üçün təşəkkürlərini ifadə edib.
AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Bəxtiyar Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı kontekstindən baxış” adlı məruzəsində Bəxtiyar Aslanın hekayələrini essevari düşüncə hekayələri kimi səciyyələndirib. Məruzədə həmçinin Təranə Vahidin ön sözü ilə polemika xüsusilə diqqəti çəkib.

Təqdimatda filologiya elmləri doktoru, professor Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları Xuraman Hümmətova, Lalə Həsənova, Eşqanə Babayeva da kitabın xüsusiyyətlərindən bəhs ediblər.
Kitabın tərtib edəni və ön sözün müəllifi Təranə Vahid bu cür dəyərli əsərlərin təqdimatının gerçəkləşdirilməsinə şərait yaratdığı üçün Ədəbiyyat İnstitutuna təşəkkürlərini bildirib. Ardahan Universitetinin Qurucu rektoru Ramazan Qorxmaz və Qazaxıstandan olan ədəbiyyatşünaslar da çıxışlarında bu tipli tərcümə işlərinin ümumtürk ədəbiyyatına müsbət təsirindən söz açıblar.

Qeyd edək ki, “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza, kitabın korrektoru isə Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyevadır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.