Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
01.11.19
John Boynenin məşhur “Zolaqlı pijamalı oğlan” əsəri Azərbaycan dilinə tərcümə olunub.
Kitabı dilimizə Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu çevirib.
Əsərdə Hitlerin yəhudilərin başına gətirdiyi faciədən bəhs olunur. Bu kitabı oxuduğunuz zaman Bruno adlı 9 yaşlı bir uşaqla yola çıxacaqsınız. İki dostun ürəkparçalayan hekayəsinin əks olunduğu romanda müharibənin ən çox uşaqlara zərər verdiyinə diqqət çəkilib. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü. Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadılar. Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir.
Qeyd edək ki, olduqca kədərli və faciəvi bir süjet xətti olan roman 2008-ci ildə ABŞ-ın BBC Films studiosunda rejissor Mark Herman tərəfindən ekranlaşdırılıb. /bakupost.az/
|