"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü görüb.
Jurnalın bu sayı Məti Osmanoğlunun ekspert rəyi ilə açılır. Bundan başqa, dərgidə Təranə Vahidin özüylə söhbəti və hekayələri, İntiqam Yaşar, Xatirə Xatun, Xalid Mahmud, Rüfət Sabirli, Mahirə Nağıqızı, Saqif Qaratorpaqın şeirləri, Həcərin, Vasif Əlihüseynin və Nicat Həşimzadənin hekayələri də yer alıb. Elman Vüqarlı, Ay Bəniz Əliyar, Qəşəm Nəcəfzadə, K.M.Cumakadirova, Əlizadə Ələsgərli və Kamil Əfsəroğlunun publusistik yazıları jurnalın bu sayına əlavə rəng qatır.
"Dərgidə kitab"da mərhum Nurəngiz Günün "Tanrı bəşər övladıdır" povesti dərc edilib. Ənənəvi olaraq "Qısa fikirlər xəzinəsi"ndə dəyərli fikirlərlə də tanış olmaq imkanınız olacaq.
Budəfəki "ulduzlu nəşrlər" seriyasında Taleh Mansurun "Cənnətlik günah" kitabı da jurnalla birgə oxucularla görüşmək imkanı qazanıb.
|