Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
29.10.19
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər.
16-18 oktyabr tarixlərində Türkiyənin Samsun şəhərində XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilmişdir. Samsun Valiliyi, On Doqquz May Universiteti, Türk Dil Qurumu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən 19 May 1919-cu il Milli Qurtuluş Mücadiləsinin 100 illiyinə həsr olunmuş simpoziumda müxtəlif ölkələrdən gələn 300 nümayəndə iştirak etmişdir. Simpoziumda AMEA-nın əməkdaşlarının məruzələri maraqla dinlənilmişdir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova “Taryat (Terhin) yazıtının söz varlığı: Orhon ve Eski Uygur katmanları” mövzusunda məruzə ilə çıxış etmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyeva “İngilis dilində Türk dillərindən alınmalara bir nəzər” mövzusunda çıxış etmişdir.
Türk dillərinin tədqiqinə həsr olunmuş ən böyük simpozium olan və hər il yüzlərlə alimi birləşdirən Beynəlxalq Dünya Dili Türkcə simpoziumu təqdim edilən məruzələrlə türk dünyasında maraqla qarşılanır.
|