Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19

Antik dünyanın ölməz söz ustadlarından olan Homer özündən əvvəl və sonra yaşayan şairlərin demək olar ki, hamısını kölgədə qoyub. Təbii ki, bunun səbəbi onun müəllifi olduğu qəbul edilən "İliada” və "Odisseya” əsrləridir. Bu əsərlər dünya ədəbiyyatı tarixində nə qədər yer tutsa da onun ən böyük qiymət,i məncə, bu cümlələrdir: "İliada” və "Odisseya” dastanı vahid yunan xalqının yaranmasına səbəb oldu, tayfaların birləşməsini zəruri etdi”. Bu iki əsər ilkin düşüncə, mifologiya, tarix və s. üçün əhəmiyyətli olmaqla yanaşı həm də istinad mənbəyi kimi qəbul olunmaqdadır. Yəni əli heç bir fakta çatmayan araşdırmaçılar ordakı hadisələrdən, təsvirlərdən yararlanaraq hansısa ciddi qənaətə gəlirlər. Sonralar tərtib olunan yunan mifologiyası haqqında kitablarda Homerin məlum dastanlarına çoxlu sayda istinadlar var. Lakin o dövr üçün əvəzsiz mənbə kimi əsərləri ən çox istinad olunan Hesiodu unuduruq. Bəzən mifologiya kitablarında Hesioda aid olan hansısa mifik süjetin mənbəyini yanlış olaraq Homerin əsərləri kimi göstərilir. Bunun səbəbi isə Homerin şair kimi Hesioddan daha çox tanınması, onun dastanlarının poetik və ictimai-sosial önəm kəsb etməsidir. Homerlə Hesiodun əsərləri arasında müxtəlif fərqli tərəflər var. Elmi araşdırmalar son olaraq belə bir qənaətə gəlmişdir ki, bu iki sənətkar arasında zaman fərqi iki yüz ilə qədərdir. Şəxs olaraq Homerin əsərlərində özü haqında ciddi fakt kimi nəyəsə rast gəlmək mümkün deyil. Lakin Hesiod öz əsərlərində necə deyərlər özünü ələ verir. O "Teaqoniya” (Tanrıların yaranması) və "İşlər və günlər” əsərində özündən danışır. İndiki Kiçik Asyaya, Yunanıstan sahillərindən gəldiyini yazır, nəsli-nəcabəti özü və ailəsi haqqında, dünya görüşü, ictimai-sosial baxışı haqqımda məlumat verir.
 
Onların oxşar və fərqli cəhətlərindən kifayət qədər müzakirə açmaq olar. Hətta üslubların və təsvirlərinin fərqindən də danışa bilərik. Lakin Hesiodun əsas fərqi onun əsərlərindəki süjetlərin, mifik obrazların daha dolğun olması, tanrıların necə və hansı səbəblə meydana gəlməsidir. Bu nüans ilk baxışdan ciddi görünməsə də, olduqca əhəmiyyətli faktdır.
 
Bildiyimiz kimi, qədim Yunanıstanda tanrılar panteonu vahid bir sistem olub. Olimp sakinləri dünyada mövcud olan digər qədim xalqlarda olan tanrılar sistemindən mükəmməlliyinə görə fərqlənib. Homerin dastanlarını oxuyanda tanrılar haqqında müəyyən qaranlıq məqamlara rast gəlirik. Tanrıların hansı zərurətdən meydana çıxması, hansı tanrının hansından yaranması tam dəqiqliklə göstərilmir, Olimp panteonunun sakinlərinin "tərcümeyi-halını” oxuya bilmirik. Burda Homeri günahlandırmaq fikrim yoxdur, sadəcə diqqətli oxucu üçün bu məsələlər aydın olmalıdır. Hesiodun əsərində isə yuxarıda göstərdiyim faktlar tam aydınlığı ilə ifadə olunub.
 
Bu fərqlərlə bağlı antik ədəbiyyat araşdırmaçıları müxtəlif fikirlər yürüdürlər. Bu fikirlər arasında daha çox diqqət çəkən məsələ Hesiodun miflərin kökünə, yaranmasına bələd olmasıdır. Hesodun mifik süjetləri Homerin süjetlərindən fərqlənir. Hesiodun süjetləri Kiçik Asyanın daha qədim sakinləri olan Het tayfalarına məxsus mifik süjetlərlə səsləşir. Ehtimal var ki, Şumerlərdə meydana gələn dünya haqqında ilkin təsvirlər, formalaşan düşüncələr qərbə doğru hərəkət edib, müxtəlif dövrlərdən keçərək qədim yunanlara gəlib çatıb. Araşdırmaçıların belə qənaətə gəlməsi bir çox suallara aydınlıq gətirməklə yanaşı, eyni zamanda yeni polemikaya da səbəb olur. Düşüncələr yeni istiqamətdə yönəlir. Belə nüansları nəzərə alanda Hesiodun dəyəri Homerdən daha çox olur. Lakin müqayisə zamanı bu cür üstünlüklər nəzərə alınmır. Nəticədə isə üstünlüklərinə baxmayaraq Hesiod Homerə "uduzur”.
 
/Kaspi qəzeti/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.