Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19

Yazıçı Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub.

Kitaba klassik Azərbaycan şairi  Məşədi Azər Buzovnalının həyat və yaradıcılığından  bəhs edən "Məşədi Azər təzkirəsi" sənədli povesti və Şərq-Qərb qarşılıqlı əlaqələrini elmi-fəlsəfi-ədəbi müstəfidə tədqiq edən "Tanrının ruhu" adlı elmi-fəlsəfi-ədəbi risaləsi daxil edilmişdir.  

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru İlhamə Hacıyeva, korrektoru isə Sevinc Rzayevadır.  Kitab "Pergament" N.E. nəşriyyatında çap olunub. /Artkaspi.az/

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.