Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
24.09.19

Cümhuriyyətinin Ankara şəhərindəki könüllülərdən ibarət "Gazi yardım" qrupu 10 ildən artıqdır fəaliyyət göstərir. Bu xeyirxah missiyanı üzərinə götürən qrup rəhbəri Əmrah adlı gənc hər həftə müxtəlif təbəqələrdən təşkil olunan qrupu yaşlı insanların himayə olunduğu "Huzur evi"nə aparır, oradakı mühitlə gəncləri tanış edir, çalışır ki, evin sakinləri vaxtlarını maraqlı və əyləncəli keçirsinlər.

"Huzur evi"... Azərbaycanda bu məkanın adı "Qocalar evi"adlanır; Bura yaşlı, kimsəsiz və doğmaları tərəfindən imtina edilən insanların məksunlaşdığı yerdir.

Dostların həftəsonu "Huzur evi"nə gedək, təklifinə biganə qala bilməzdim. 22 sentyabrda könüllülərlə görüşüb "Huzur evi"nə yola düşürük. Ankaranın Kızılay deyilən ərazisindən başlanan yolumuz "Zelal odak yaşlı bakım ve huzur evi"nədir. Yol boyu qrupa yeni qoşulan gənclərlə tanış oluruq, gedəcəyimiz yerə dair fikirlər bölüşürük. Çoxusu, uzun müddətdir buraya gəlib - getdiklərini deyirlər; Yaşlılarla vaxt keçirmək onlarda artıq adət halını alıb. Əmrah bəydən yaşlılara nə alacağımız haqda tövsiyələrini alırıq. O "yaşlılara vacib olan ünsiyyət və görüşdür" - deyir.

"Huzur evi"nə çatırıq...
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Binanın həyətində yaşlı nənə bizi görüncə ilk olaraq: - Məni sevirsiz? - sualını verir.
- "Əlbəttə, sevirik" - könüllülər cavab verir...
Nənə gəncləri qucalayıb: - Xeyli müddətdir, adam öpmürəm, gəlin sizi öpüm! - deyib, ziyarətçiləti bağrına basır. Nənə çox sevinclidir...
Qızlardan biri:
-Həvva teyzə, saçlarını nə gözəl kəsdiribsən!
- Dəliyə hər gün bayram, qızım!
Gülüşürük...
Bizi yuxarı mərtəbələrə aparır. Yolda söhbətləşirik. Deyir, burada hər şey ürəyincədir, yaxşı baxırlar ona. Gənclər də tez-tez ziyarətə gəlirlər. 80 yaşı var, həyacanlı və sağlam ruhludur, buna söhbət zamanı şahid oluruq.
İkinci mərtəbəyə qalxırıq... Burada yaşlı bir kişi məyus halda oturub; Salamlaşırıq. Keyfsizliyinin səbəbini soruşuruq. Çəlingi sınıbmış. Deyir, növbəti dəfə gələndə mənə çəling alıb gətirin...
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Evin digər sakinləri ilə görüşüb, vəziyyətləri ilə maraqlanırıq. Çox sevinclidirlər, hiss olunur, belə ziyarətlərə çox ehtiyacları var.

Əmrah bəy bizi təlimatlandırır; bütün yaşlıları ziyarət edin və birinin yanında digərindən çox qalmayın. Bundan çox narahat olur, duyğulanırlar.
Elə də edirik. Zamanı bərabər bölürük. Qızlar otaqlardakı əşyaları səliqəyə salırlar. Burada ən çox eşitdiyimiz söz bu olur: Yaxşı ki, gəldiniz! Tez-tez bizi ziyarət edin! Yolunuz açıq olsun!

***
Yaşlılarla olmağa çalışıram.






Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Çox savadlı, yaddaşı yerində olan 86 yaşlı Əminə nənəylə tanış oluruq. Çox sevdiyi Atatürkdən ürəkdolusu danışır: - İndi çoxu onu qısqanır.
- Sən haralısan, qızım?
- Azərbaycanlıyam.
Əminə nənə Azərbaycandan gəldiyimi bildikdə Azərbaycan haqqında xoş sözlər deməyə başlayır. Deyir, sizin qızlardan biri bizdə gəlindir. Çox qonaqpərvər xanımdır. Azərbaycanlılar dürüst insanlardır, yalan danışmırlar. Sonra əlavə edir: Sizə də öyrədiblər, biz qardaş ölkəyik?
- Bəli, biz eyni millətik.
- Biz də Azərbaycanı, Bakını sevirik. Məlumatımız var. Sizinkiylə bizimki dostdurlar (iki ölkənin Prezidentlərini nəzərdə tutur - red.). Sizdə neft çıxır, deyəsən, bizə də verirsiz...
Söhbət zamanı siyasətə girişir, Türkiyədəki partiyalardan, Fətullah Güləndan danışır:
- Bütün günü "Quran" oxuyurdu. FƏTÖnü deyirəm. Çoxusu da ona inandı... Sonra da onu Türkiyədən qovdular... Qızım, FƏTÖ haralıdır?...
- ...

***
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR

Digər yaşlılarımızla tanış oluram. Hüsniyyə nənənin 70 yaşı var. 3-4 aydır ki, burada yaşayır. Dövlətdə yüksək vəzifədə çalışmış yoldaşı rəhmətə gedib. Üç oğlu var. Böyüdüb, boya-başa çatdırıb. Deyir, məşhur həkimdirlər. Çox sayda xəstələri var.
- Sizi ziyarətə gəlirlərmi?
- Yox.
-Niyə?
- Onların ağır vəziyyətdə olan xəstələri var. Buraya gələndə o xəstələr ağlaşırlar. Oğlum məni buraya gətirib qoydu, tez qayıtdı xəstəxanaya. Onları müalicə edəcək, sonra gəlib məni aparacaq.
Demək ki, oğlu bu bəhanəylə alladıb anasını...
- Bəs nəvələr gəlirmi buraya?
- Onların da dərsləri çoxdur, heç vaxtları olmur gəlməyə.
- Biz də tələbəyik, bizim sizləri ziyarət etməyə hər zaman vaxtımız olmalıdır.
Köks ötürür...

Digər yaşlı səslənir: Mənim adımı Atatürk qoyub...
Nənəyə yaxınlaşıram, söhbət edirik. Məlum olur ki, atası Mustafa Kamal Atarürkün əsgəri olub. Ailənin ilk övladı olub. Atatürk əsgərinin qızına ad qoyub: Yüksəl Esen! 80 yaşı var. 6 aydır buradadır:

Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR

- Paşa nəslindənəm. Hər kəs mənə "Yüksəl qardaş" deyə müraciət edirdi. Bizim pulumuz çox idi. Atamın pullarını kasıblara paylayırdım. Bir gün atam bundan xəbərdar oldu. Dedi, qızım, səni oğurluğa görə həbs edərlər. Mən sənə icazə verirəm, imkansızlara yardımı aşkar şəkildə et. Başladım xeyirxahlıq işlərini geniş şəkildə həyata keçirməyə... Hər kəs məni yardımsevərər insan kimi tanıyır. Kimsənin malına ehtiyacım olmayıb, namuslu bir qadın olmuşam. Üç qızm var. Qızlarım zəngin adamlarla evləniblər. İkisi bələdiyyədə işləyirdilər, təqaüdə çıxdılar. Bir qızım gözəllik müsabiqəsində model seçildi. Nəvələrim var, hamısı da universitet təhsili alıblar. Mən Paşa qızıyam, sıradan qadın deyiləm. Mahnılar bəstələyirdim, bütün sənətçilərə verirdim:

Ankaranın daşına bax,
Gözlərinin yaşına bax,
Düşmən yenə baş qaldırmış,
Bu fələyin işinə bax!..


- Bəs övladlarınız səni niyə yanlarına aparmırlar?
- Qızlarımın işləri var, mən özüm burada qalmaq istəyirəm. Qızlarımı narahat etmək istəmirəm.
- Burada sənə qızlarından yaxşı baxırlar?
- Mənə elə suallar vermə! - deyəsən xətrinə dəydim...
- Mən hər şeydən razıyam. Ağlım da başımda. Qızlarım da yaxşıdır, mənim nəvələrim var...
Yüksəl nənəmizi çox yormayıb, digər otaqlara keçirik.

***

Həvva nənə əslən Kayseridəndir. Deyirlər, yaxınlarından yanına gələn, maraqlanan da yoxdur. Bizi görüb çox sevinir:
- Məni aparmağa gəlmisiz? Bura çox pisdir...
- Niyə pisdir, sənə pis baxırlar burada?
- Pisdir də! Xəstəxana yaxşıdır. Həkimlər tez-tez vəziyyətimi soruşurdu.
-Bəs buraya niyə gəldin?
- Əməliyyat olundum - sinəsini göstərir. Oğlum gətirdi buraya, gəlib aparacaq. Hələ gəlməyib, işləri çox olur. Siz məni aparın, buradan!
Hamımız kövrəlirik...
Yaşlılara qulluq etməyə başlayırıq...
Həvva nənənin də qolundan tutub, yeməyə aparırıq.

***

Bu da "Huzur evi"ndə məşhur olan musiqiçi əkiz qardaşlar, Fevzi Taykan Baykan və Yaşar Tayfun Baykan! Zəngin bir ailənin övladları olan bu qardaşlar vaxtiykən böyük salonlarda konsertlər veriblər. Ailədə baş verən faicəvi hadislər səbəbindən psixoloji travmalar alıblar. Bir neçə ildir ki, burada yaşayırlar. Dəfələrlə televiziyalar sənədli filmlər çəkiblər onlar haqda. Həyat hekayələri ilə tanış olmaq üçün otaqlarını soruşub, görüşməyə gedirəm.

Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR

Tanış oluruq. Çox zəngin bir ailənin oğlanları olan bu əkizlərin hazırda 40 yaşları var. Dediklərinə görə, bir neçə universitet bitiriblər. Əlavə olaraq, bir neçə yerdə musiqi təhsili də alıblar. İndi də mahnı sözləri yazır, müsiqi bəstələyir, birlikdə ifa edirlər.
Söhbətimiz boyu bu iki qardaş biri-birindən maraqlı məlumatlar danışırlar. Taykan deyir ki, atası Türkiyənin çox imkanlı və vəzifəli bir adamı olub. Bir bacıları anaları rəhmətə gedəndən sonra böyük stress yaşadığından intihar edib. Sonra ataları rəhmətə gedib. Atasının ölümü yetim qalan iki oğluna gərgin anlar yaşadıb. Özlərinə qapanan gənclər, müxtəlif enerji içkilərinə aludə olublar. Bu da onların artıq çəki almasına səbəb olub. Özlərini idarə edə bilməyəcək qədər kökəliblər. Vəziyyətin kritik olduğunu görən Taykan özlərinə vəkil tutub. Beləliklə, vəkilə onlara atalarından qalan var-dövlətin idarəsinə icazə verilib.
- "Mən vermədim. Mənə dərman içirdib, imza çəkdirdi vəkil"- Tayfun etiraz edir. Bununla da qardaşlar arasında mübahisə başlayır:
- Vəkil haqqına girmə, sən özün imza atdın!
- Vəkil bizim var-dövlətimizi əlimizdən aldı...
- Yalan danışma, o yaxşı vəkildir. Kirayə verdiyimiz evlərin pulundan bizə maaş verir.
- O bizim var-dövlətimizə sahib çıxdı. Əşyalarımızı oğurladı.
- Ona inanmayın, Taykan xəstədir. Çox şeyi xəyal edir. Deyir, mən universitet bitirmişəm, yalan deyir, 2 illik lisey təhsili var...
- Mən bir neçə universitet bitirmişəm... Memarlıq oxudum mən! Diplomlarım da var!
Çəkişmə gərginləşir. Bir mahnı oxumaqlarını xahiş edirəm. Taykan gitarasını sinəsinə basır. Tayfun, hazırlaş!
- Oxumayacam! Sən heç nə bilmirsən!
- Mən bilirəm, sən bilmirsən. Baxın, baxın, Tayfun mahnı bilmir.
- "İki damla yaş" mahnısını oxuyum? - deyir Tayfun. Oxuyun, deyirəm.

Oxuyurlar...

"İki damla yaş" - Tayfun və Taykan qardaşlarından möhtəşəm ifa - VİDEO

O qədər məharətlə ifa edirlər ki!.. İndi böyük konsert salonlarında bəzi məşhur müğənnilərdə belə ifaya rast gəlmirsən...
- İfa bitir, özlərini alqışlayırlar. Biz də onları alqışlayırıq. Söhbətə Taykan başlayır:
- Tayfun çox "Coca-cola" içir. Hər gün beş litr "Cola" aldırır mənə.
- İçmirəm daha. Taykan, sənin pulun yoxdu!
- Mən maaş alıram. Biz zənginik...
- Vəkil bizim pulumuzu vermir...
-Verir... O vəkili sən tutdun, natariusda sənədlərə imza atdın.
- Mən tutmadım, dövlət tutdu. Mənə məcbur imza atdırdılar. Mən çox sayda universitet oxudum.... Atam bizi tərk etdi, mən stress yaşadım, kökəldim, özümə baxa bilmədim...
- "Cola" içməsəydin, dərmanlarını vaxtında qəbul etsəydin...
- Mənə dərmanlarımı vaxtında vermədilər, məni aldatdılar...
- Dərmanları sən içmədin...
Yenə rabitəsiz cümlələr, yenə höcətləşmə!..
- Azərbaycanlı ifaçıları tanıyırsız? Bir Azərbaycan mahnısı ifa edə bilərsiz? - deyib mövzunu dəyişməyə çalışıram.
- Bilirik! - İkisi birdən cavab verir. Polad Bülbüloğlu "Gəl, ey səhər!" oxuyur.
Tayfun Azərbaycanın xalq mahnısı olan “Edim nə çarə?" mahnısını oxumağa başlayır:

Görmüşəm, sevmişəm, istərəm səni,
Edim nə çarə?


Xalq mahnısı_"Edim nə çarə" - Tayfun və Taykan qardaşları -VİDEO
Yarıda ifanı dayandırırlar.

- Baxın, Taykan ifa edə bilmədi.
- Yox, sən oxuya bilmədin.
- Yox, sən!

İfa başqa mahnılarla davam edir...

"Sən Ağlama" - Tayfun və Taykan qardaşları - VİDEO

Sen Ağlama!
Bir damla gözyaşın yeter…
Sen üzülme gülüm,
Gamzende güllerin biter…
Yollarıma taş koysalar, döneceğim
Gözlerinden yaşlarını sileceğim...


Taykan müəlliməsinə aşiq olmuşdu!- deyərək Tayfun gülməyə başlayır...
- Tayfun, yalan deyir, ona inanmayın!
- Doğru deyirəm. Plotonik sevgilərin vardı.
Yenə ara qarışır...

Bir-birinizlə necə yol gedirsiz, anlaşa bilirsiz?- mübahisəyə ra vermək istəyirəm...

"Bəzən olur..."- Taykan deyir. Hamısı da Tayfundan qaynaqlanır. Amma sonra barışırıq...
- Necə barışırsız, kimsə barışdırır?
- Mən barışıram. Məsələn, deyirəm ki, Tayfun, danış, niyə susdun, darıxıram sənsiz!.. Yəni, birimiz güzəştə gedirik!..
- "Tayfunu çox sevirəm" Taykan deyir. Onunla burada çox xoşbəxtəm.
- Evinizdə qalsaz rahat olmazsız? Sizə xidmətçi də tutmaq olar, axı pulunuz da var.
- Mən paltaryuyan maşını işlədə bilmirəm, Tayfun bacarır...
- Hə, bacarıram. Evimizdə hər şey var, huzur yoxdur. Taykanla huzurluyam!
- Hər yerdən yaxşı insanın öz evidir. Bizim 8 otaqlı evimiz var, mən evimizi istəyirəm...
- Hər şeyimiz var; studiyamız, bahalı musiqi alətlərimiz var...
- Hamısını vəkil oğurladı...
- Yalan danışma, Tayfun! Xəstəsən sən, hər şeyi unudursan. Vəkil bizə sahib çıxdı. Evlərimiz kirayə verilib, maaş alırıq.
- Xəstə deyiləm mən! Uşaqlıqda olan şeyləri də xatırlayıram....
- Mən heç unutmadım ki, Tayfun!..

Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR

Qəhər məni boğur, sözlər boğazımda düyünlənir. Özümü toparlayaraq qardaşlarla sağollaşıb, otaqdan çıxıram. Binanın həyətində oturan yaşlılara tez-tez gələcəyimi deyib, ehtiyaclarını soruşuram. "Hər şeyimiz var, siz gəlin, söhbət edək"- deyirlər.

Küçəyə çıxıram, böyük bir məyusluq içindəyəm. Ankara küçələriylə evə tərəf yollanıram. Yəqin ki, uzun müddət o vəzifəli, məşhur insanların yaxınları olan "Huzur evi"ndəki simaları unuda bilməyəcəyəm! Onların gözləri yoldadır, övlad gözləyirlər. Övladsa: - İşimiz çoxdu, bitirib gəlib sizi aparacağıq- deyərək onları aldadırlar. Bəzilərini də vəkilləri aldadır. İndi məni bir sual çox maraqlandırır; Valideynlərinə, doğmalarına dönük çıxan belə insanlar dövlətinə, millətinə necə sadiq ola bilər?!..

Hələ cavan yaşlarından gözləri tutulmuş nənəm, ayaqları yer tutmayan, yataq xəstəsi babam yadıma düşdü. Sonra da iki damla göz yaşı...

Şəhla,
Ankara

Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR

Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR



Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.