Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19

40-ncı durağın ilkin sınağını keçirməkdəyəm!

Söz belə başlayır, qıssa və ap-aydın.

Hər doğulduğum an, anamı xatırlayıb, içimdəki yaşantılara düşünüb, doyunca fikirlərə dalıram.

Vətən adlı bir vətənsizliyin içində, qəribsədiyim saatlar, qandal-qandal barmaqlarımın izgələrini dustaqlı görürəm.

Artıq sarı saçlarım deyil, ağ-appaq yünə oxşar saçlardan söz gedir.

Arxama baxıb bu neçə ilin yasaqlı-dərdli günlərini necə keçirtdiyimi düşündükcə, içimdəki nədənlərdə buğulmaq kimi hisslərin yaşantılarına qapsanıram!

Necə bu yola düşdüm, və nədən!?

İllərin uzunu çox uzadı bu fırlantılı yaşamı və sonuncu şamdan qaçan kimi isasız yuhənnanın bağrında çatladım.

40 il bundan qabaq, elə bugünkü günün bu saatında, min dərdə bürünərkən, anam məni bu torpağa tapşırıb, bu tapşırığın ardından, mənim gəlişimlə, dərdin bütün pərdələrini sızlayıb, ötəsiz gələcək üçün, özünü qandırdı.

Ağlayıb ağlatdım o günlərin gündəmini. Yavaş-yavaş gülməyi öyrənib, yaşamın göyqurşağını şəkil dəftərlərin baş səfhələrində çəkib, ötənin susmuş gələcəyinə gülümsəməyə çalışdım.

O günlərin izgələrindən danışmaq üçün, bir kitab deyil, min kitab yazmağım gərəkir…!

Bu günün dərdi aşırı olduğunda, keçmişin kədərini unudub, əlimə qələm alıb yazmağa başladım.

40 yaşım olduğundan dolayı, özümdə bu haqqı gördüm bugünkü dərdlərin hekayəsini yazam!

Söz bir yoldan başladı, bir müqəddəs yol!

Daha doğrusu, Qurtuluş yolu!

Yolumuzun daşı var, palçığı var, ayağa batan tikanı var demişdilər!

Yolumuzda ölüm var, dönüm yoxdur demişdilər!

Bu yolda şərəf var, insanlıq var, candan-maldan geçmək var!

Bu yolda Şəhid olmaq, qurtuluş, qazanc, başarıdır demişdilər!

Bu yol özgürlüyün, bağımsızlığın yoludur demişdilər….

Bu yol………

Bizim yola nə gəldi, nə oldu bu yola?

Yavaş-yavaş şeirə-şöhrətə daldıq, şəhəri unudub şöhrətə batdıq. Buranı can vətənin dərdini buraxıb, ad dərdinin savaşçıları olduq.

Artıq başladıq bir-birimiz əzib, onun-bunun çiyinindən çıxıb ucalmağa!

Minik verməyənləri əzdik, öldürdük, minik verənlərin də başına bildiyimiz oyunları gətirdik.

Daha yol itib dumanların bağrında çatlamaqdaydı.

Şəhidlik bizə fəxr olan çağın başına gələn, gəlmişdi.

Artıq özümüz öldürüb əzməyə incarımız bo-bol varıydı.

Vətən deyil, xalqımız yatmışdı. Bu yuxunun şirinli-acılı hinkəsindən oyadan barmaqlar dustaqlanıb, sürgünsəyirdilər!

Dilimiz bu şeir-şöhrət basqısında əzilib, dağılmaqdaydı!

Şovonismə gərəkən bir qarşılıq lazım deyildi.

Onlar (siz oxuyun Pars şovonismi), gözəl bacardılar bizləri yolumuzdan azdırıb, kökümüzü qurudalar.

Bir sürümüz calay-vətən deyib canlarını ovuclarına alıb yurdu-yuvanı, doğma diyarı tərk etdilər.

bir sürülərimiz dustaqlar qapsandırılıb, varlıqlarını əzintilərin bağrında damla-damla ölümsədilər, və bir sürülərimiz dərd içində mələyib hər gün içlərində min kərə intihar etdilər….

Amma söz burdan acılaşır:

Çoxlarımız Şair olduq!

Vətəni, bu müqəddəs ananı unutduq, yolumuzdan azıb hər şeyimizi min xərmənin samanlığında, sovurduq.

Dilim-Dilim şeirlərimizdə bağırıb, iç boşluqlarımızı doldurub bu dərdli vətənin adından çörək qazanmaq üçün, ana doğma yurdumuzun kürəyinə, arxadan baltanı vurduq.

Vətəni unudub, dilimizin bazarlığında, özümüzə ad qazanmağa başladıq.

Birisi onu vurdu, o birisi isə bunu, vur-ha-vur savaşında dilimizi, dilimləyib bu çirkin savaşın şənliyində yedik. Susub lal olduq. Qorxaq insanlar kimi deyil, hər şeyini unudub satışa qoyan kimsə kimi, bazara çıxıb, varlıqlarımızı satdıq!

Min qurtumluq sevdanın yolunda şəhid deyil, şəhid etdik vətənə çırpınan ürəkləri!

Vətən əsgərləri artıq əfsanə sayılır sankı.

Vətən nədir axı!

İki üzlü olduq, yalan danışdıq, onlar(!!!!) istəyən olduq.

Asılıb asemilə olduq. İçdən boşalıb şüar olduq!

Haray-haray mən türkəm deyib, iç boşluqlarımızı bacı-qardaş öldürməsindən boşaltdıq.

Yalan çevrənin, yalançıları olduq. Boşu-boşuna şişib, şişdirdik.

Dilimizi-yurdumuzu satdırıb, kafələrdə, əncümənlərdə toplanıb, modern-modern şeirlər yazdıq!

Yenə şeir yazdıq vətənin ölümünə, heç utanmadıq, qatil olaraq qatilləri qınayıb, lənət etdik həzyanlarımızda!

Mən artıq 40 yaşlı arzılarını min məzarlıqda quylayan birisiyəm.

İçimdəki məzarlıqda, daha yeni arzı quylamaq üçün yer qalmayıb!

Söz vermişdim özümə, oğluma, dilimi dustaqdan qurtaracağam, edə bilmədim! Üzgünəm!!!

Oğlumu, canımı-ciyərimi özgə dilində oxutdum, ağladım, sızladım, susaraq dərdlərimdə, hər üzgün çaöımda bağırıb asıldım.

Anam bağışla məni!

Balam bağışla məni!

Elim, Dilim, xalqım, bağışlayın məni.

əlimdən gələnlər elə bunlarıydı.

İndi bu yaşda geriyə baxıb, gələcəkdə asılıram.

Bu kütlənin məncillikdən qurtuluşunu umursamıram. bu kütlənin durumundan bağımsızlıq iyini hiss etmirəm.

40-ncı sınağın sonunda batan mən oldum, Yatan şairlərimiz!

Gözəl yoxular, yatan şairlərə!

əlvida elimin Yatan millətçiləri!

əlvida özgürlük!

əlvida bağımsızlıq!

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.