Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
06.09.19
7 sentyabr saat 16:00-da Milli Kitabxananın Açıq Kitabxanasında Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcəkdir.
“İki Şəhərin Yazıları” rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur. Ramil Əhməd Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsi esselərin də məna simmetriyasını formalaşdırır. Həyatı sənətin gözlüyü ilə seyr etməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərin mədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır.
Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 2015-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. Hazırda İstanbul Universitetində doktorantura təhsili alır.
|