Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
26.07.19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş keçirilib. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə reallaşıb.

Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki qardaş ölkə arasında əlaqələrdən danışıb. “Qırğızıstanla Azərbaycan arasında ən böyük körpü Çingiz Aytmatovdur. Biz onu həm də Azərbaycan yazıçısı hesab edirik”, - deyə akademik bildirib. O, həmçinin qədim qırğız dastanı “Manas”ın ölkəmizdə məşhur olduğunu və öyrənildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, Mehman Həsənli qırğız ədəbiyyatı ilə bağlı dissertasiya müdafiə edib, Çingiz Aytmatovun əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırıb.

İsa Həbibbəyli Dünya Gənc Türk Yazarlar Birliyinin və qurumun Məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

Sonra Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək görüşdən məmnun qaldığını bildirib.

DGTYB-nin Məsləhət Şurasının rəhbəri Əkbər Qoşalı görüşün keçirilməsinə şərait yaratdığı üçün institut rəhbərliyinə təşəkkür edib, eləcə də təmsil olunduğu qurumun həyata keçdiyi layihələr haqqında ətraflı məlumat verib. Əkbər Qoşalı ötən il Qazaxıstanın gənc yazarlarının əsərlərinin dilimizə çevrilərək çap olunduğunu, bu il isə “Gənc qırğız şeiri antologiyası”nın işıq üzü gördüyünü xatırladıb.

Tədbirdə Qırğızıstanın gənc yazarlarından Altınbek İsmail, Nuriza Ömürbayeva, Narsulu Qurqubay və Bekbolat Sarıbay şeirlərini söyləyiblər.

Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşlarından İsmixan Osmanlı və Mehman Həsənli çıxış edərək Azərbaycanda ümumtürk ədəbiyyatının öyrənilməsi istiqamətində görülən işlərdən danışıblar.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.