Alber Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Qanun nəşriyyatında fransız yazıçısı Alber Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub.
Müəllif bu əsərində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psiхoloji meхanizmini açmağa çalışmışdı. Əsər bütün həyatı boyu xoşbəxtliyə can atan, ətrafındakıların onu “bədbəxt” adlandırmasına baxmayaraq öz səadətinin ardınca gedən və onu tapan, ona bəxş edilən ömür payını mənən azad, sərbəst yaşamağa çalışan bir insan taleyindən bəhs edir. Kamyu bu əsərində insanı daima izləyən vicdanın mühakiməsindən qaçılmaz olduğunu göstərmişdir.
Bakı, Qanun Nəşriyyatı, 2019, 192 səh. Qiyməti 5.79 Tərcüməçi: Vaqif Azəryar Redaktor: Təhminə Bədəlova
|