"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalın iyun buraxılışı Qəşəm Nəcəfzadənin dərginin ötən buraxılışı haqqındakı "Ulduz"lu səhərlərə salam..." adlı ekspert yazısı ilə açılır.
Adilə Nəzər "özüylə söhbəti..."ni və "Nəsimi yaradıcılığında dil və üslub təfəkkür vasitəsi kimi" yazısını təqdim edir. "Şeir vaxtı"nda Tural Turan, Afaq Şıxlıdır. Oxucular "Nəsr"də Taleh Mansur, Bahəddin Salman, Pərviz Axund və Zəka Vilayətoğlunun hekayələrini oxuya biləcəklər. Fərid Hüseyn "Şər və Ab" yazısını təqdim edir. Bundan başqa, Emil Rasimoğlunun "Ağrılar sevdalısı", Nizami Tağısoyun "Qloballaşma və ədəbiyyatımızın çağdaş durumu, "Söz" yaradıcılıq birliyinin təqdimatı yazıları da bu saydadır. Cəlal Məmmədov "Qısa fikirlər xəzinəsi"ndə dünyanın tanınmış dühalarının qısa fikirlərini təqdim edir.
"Tərcümə saatı"nda Zeynəb Əliqızı Vasili Şukşinin "İmtahan" hekayəsiylə oxucuların görüşünə gəlib. "Debüt"də Gülay Tahirlidir. "Tribuna"da Firuz Mustafa Salih Qurtuyevin ədəbi bioqrafiyasından söz açır. "Sorağı gəlməyən"lərin qonağı Agasəfadır. "Dərgidə kitab"da "Yıxılmağı sevirdim" "kitabı"yla Furqandı.
Bu dəfə "Ulduz" "Ulduzlu nəşrlər" seriyasından Məmməd Məmmədlinin ispancadan tərcümə etdiyi "Ay işığı" hekayələr kitabını oxucularına hədiyyə edir. /525.az/
|