Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
09.07.19
Avanqard.net gənc yazar Əyyub Məmmədovun şeirlərini təqdim edir.
Gecikirsən ay ürək
Arzuları bir-bir gerçək etməyə Vaxt azalıb, gecikirsən ay ürək Bu həyatda əməl qoyub getməyə Gecikirsən bir az tələs ay ürək
Çoxdandır heç yoxlamırsan özünü Bəlkə sağlam, bəlkə xəstəsən bilək Deyirdin ki, qəm bağlayıb üzünü Gecikirsən sil dərdini ay ürək
Hiss edirəm içində bir boşluq var Vaxt ötsə də dola bilmir bu ürək Çox sakitsən blirəm ki, sözün var Töküb, boşalt öz içini ay ürək
Pünhan tutmusan neçə sirrini Bilirəm vəfada tayın yox ürək Hərçənd bilməsələr bəzən qədrini Gecikirsən üsyan elə ay ürək
Əvvəlkitək zövq almaqda acizsən Əl-qolunu itirmiş bir əlilsən Son mənzilin uzaq deyil bilirsən Gecikirsən aman yoxdur ay ürək
Alov kimi
Bu bahar da payız kimi, Sarı, qırmızı keçdi.. Yaşıllığı görmədim, Ya da gördüm, hiss etmədim. Çoxdandı fəsilləri Yaman qarışdırmışam Bircə sən qarışmırsan. Beynimə qoyduğum kimi, Yerində dayanmısan. Dünən küləklə qar, Yaman çovğun yaratdı Bütün cismim üşüdü. Təkcə başımdan başqa Orda elə qalmısan İsti daş kömür kimi Məni yaman qızdırır Xəyalın alov kimi...
Yarımçıq sevgilər
Məhəbbət yolunda yıxılmaq olar Yetər ki, qalxmağa bir yolun olsun Ayrılıb yenidən sevmək də olar Yetər ki, sevməyə bir üzün olsun
Bir ürək nə qədər sevgi daşıyar O olar, bu olar, o biri olar Qəlb boxça deyil kim gəldi tuta Axırda cırılıb, partlayıb daşa
Demə sevənlərim günahkar idi Yarı yolda qoyub tərk etdi məni De mən qəlbimi açıq qoymuşam Hər gələn atını oynadıb getdi
Bir gün geriyə dönüb baxanda Alnının qırışı çaşdırar səni Yarımçıq sevgilər bir alov kimi İçində qaynayıb yandırar səni
Mərhum şairə Rəhilə Elçinin xatirəsinə
Bir çiçək idin ki, ömürlük təzə Araz yadigarı qalmışdın bizə Qəlbində nə böyük gözəl arzular Heyf xəyalların düşdü dənizə
Səndən bizə qalan dəyərli miras Təmiz duyğuların, hisslərin oldu Yazdığın alovlu, odlu şeirlər Bir də kitab dolu xatirən oldu
Gözəl nümunədir həyat yolların Vaxtsız yol çıxdı ömür karvanın Bilməzdik Rəhilə ziyarətinə Şahidlik edəcək nurlu məzarın
Nə xoşbəxt insansan sevənin çoxdur Sənin ürəklərdə heykəlin tuncdur Uzanır cənnətə indi qolların Qovuşar ruhuna Məmməd Arazın
Məzarlar da danışır…
Məzarlar da zamanla Dostlaşıb tanış olur Bəzi daşlar orda da Fəhləyə məmur olur
Məzar var ki, başında Bir abidə ucalır Məzar var ki, başında Adi bir daş dayanır
Məzar var il boyu Həmişə yada düşür Məzar var tarix boyu Heç ora yolun düşmür
Məzar var yanı hasar Bir qoruğa bənzəyir Məzar var kol-kos basır
Kim olduğu bilinmir Adama elə gəlir O daşlar da danışır Ona yaxın məzarla Öz dərdini paylaşır
Yaşım çatmadı görəm mən sizi
Gəzdim ölkəmi mən qarış-qarış Görmədim Zəngilan, Laçın, Şuşanı Bir də Cəbrayılı, o Qubadlını Hələ Kəlbəcərtək gözəl məkanı
Yaşım çatmadı görəm mən sizi Bir gəzib dolanam hər tərəfinizi Necə qurban getdiz yağı düşmənə? Heç kimsə bilmədi aqibətinizi
Yurddan ayrı düşdüz tarimar olduz Gözlərdə durub, bədgüman olduz Günah kimdədir, necə oldu ki, Qoruya bilmədik tamam yox olduz
Gərək deyil şuşalı, laçınlı olam Təəssüb çəkən vətən oğluyam Keçdikcə illər hey aram-aram Qorxuram sizə heç qovuşmaram
Düşmən torpağımda gəzib əylənir Badələr qaldırıb, yallı da gedir De necə dözüm, mən bu halətə? Göz dağı verir mənə heyvərə
Düyünlər açılsın, simlər qırılsın Sülh sazişləri bir yana qalsın Hər gün sinəmə od qoyan düşmən Silahın gücündən yanıb dağılsın
|