Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Gənc yazar Gülnar Səma (Qasımlı Gülnar Vaqif qızı)
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
Gülnar
Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya
qəbul olub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.
İnstitutda
işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus
dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı
monoqrafiyası çap olunub. 2019-cu ildə Ədəbiyyat İnstitutunun elmi
şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik
məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib
|