“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Rüblük beynəlxalq elmi jurnal olan “METAFİZİKA” jurnalının 2019- ci il üçün 2-ci sayı işıq üzü görüb.
Jurnalın bu sayında: Səadət Məmmədovanın "Sosial sinergistik institutlaşma konsepsiyasının sosial dövlətdə tətbiqi imkanları" (İngilis dilində), Fəxrəddin Quliyevin, "Türk xalq poeziyasında optimallıq prinsipləri haqqında" (Azərbaycan dilində), Heydər Aslanovun "Postmodern dövründə inteqrasiya hüdudları yaxud anamorfozla selfi" (İngilis dilində), "Şəfahət Abdullayevanın "Yönəlişliyin formalaşmasında mədəniyyətin rolu" (Azərbaycan dilində), Seyid Müslim Mədəninin "Cəlaləddin Rumi və K.F.Deyvis təfəkküründə mistik təcrübənin mahiyyət və müxtəlifliyi" (Fars dilində) və Mübariz İbrahimovun "Ontoloji arqumentin təbyinlərinin araşdırılması" (Fars dilində)məqlələri yer alıb.
Qüyd edək ki, "Metafizika" jurnalı 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçib. Azərbaycan Respublikasında “Fəlsəfə və interdisiplinar” elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. Jurnalda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. Jurnala fəlsəfə və və fənlərarası araşdırmalar sahəsində aktual, müasir və orijinal məqalələr qəbul olunur. Jurnalın Redaksiya şurası ilə əlaqə “ [email protected]” elektron ünvanı vasitəsilə həyata keçirilə bilər.
|