Brayan Treysinin “Milyon dollarıq vərdiş” kitabı çap olunub
27.06.19
“Qanun” nəşriyyatında Brayan Treysinin “Milyon dollarıq vərdiş” kitabı nəşr olunub. Xoşbəxt və uğurlu olmaq üçün ilk öncə öz xarakterinizi formalaşdırmalısınız. Siz, başqalarının rəğbətlə baxdığı insan olmaq istəyirsinizmi? Öz cəmiyyətinizdə lider və ətrafınızdakı insanlar üçün şəxsi nümunə olmaq istəyirsinizmi?
İstənilən halda, həyatımızın hər bir sahəsində bu məqsədlərin hər birinə nail olmaq üçün həlledici faktor, bizi istədiyimiz nəticələrə doğru aparacaq adətlərin formalaşdırılmasıdır. Vərdişlərin yaxşı cəhəti onların, praktika və daimi təkrarlanma nəticəsində mənimsənilə bilməsidir. Lazım olan istənilən vərdişi mənimsəyə – özünüzdə aşılaya bilərsiniz. İradə və intizamınızdan istifadə etməklə xarakterinizi istədiyiniz formaya sala bilərsiniz.
Bakı, Qanun nəşriyyatı, 2019, 288 səh. Tərcüməçi: Aqil Hacıyev Redaktor: Əlisa Nicat
|