Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri Camalnur Sargutun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub. Görüş İnstitutun Elektron Akt zalında keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun direktor müavini, filologoya üzrə fəlsəfə doktoru, dos. Aygün Bağırlı açıb. Aygün Bağırlı çıxışında İnstitutun direktoru akademik İsa Həbibbəylinin salamlarını qonaqlara çatdırıb. O, çıxışında bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tarixi kökləri olan təsəvvüflə bağlı tədqiqatlar aparılır və bu görüş gələcək əməkdaşlıq üçün əhəmiyyətlidir.
Daha sonra Camalnur Sargut Türkiyədə Təsəvvüf Araşdırmaları İnstitutunun qurulması və fəaliyyəti ilə bağlı çıxış edib. Qonaq çıxışında Türkiyədə Təsəvvüf fəlsəfəsinin tarixi və onun müasir tədqiqat istiqmətləri barədə iştirakçıları məlumatlandırıb və onları maraqlaandıran suallara cavab verib.
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, dosent Fəridə Əzizova, fil.f.d. Fəridə Hicran, fil.f.d. Zəkulla Bayramlı, fil.f.d. Könül Hacıyeva və Hürnisə Bəşirova mövzu ətrafında çıxışlar ediblər.
|