Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
13.05.19

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə respublikalarının milli komissiyaları tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib.

Konsertdə muğam qrupunu dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Ankara simli alətlər dərnəyinin kamera orkestri müşayiət edib.

Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda təşkil olunmuş muğam gecəsi Azərbaycan və Türkiyədən rəsmi şəxsləri, səfirləri, millət vəkillərini, Ankara ictimaiyyətinin görkəmli simalarını, o cümlədən bu şəhərdəki soydaşlarımızı bir araya gətirib.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və UNESCO üzrə Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz çıxış ediblər.

Azərbaycan muğam qrupunun növbəti dəfə Ankarada geniş konsert proqramı ilə çıxış etməsini yüksək dəyərləndirən səfir Xəzər İbrahim əminliklə bildirib ki, ölkəmizə dair təşkil olunan hər bir mədəniyyət tədbiri xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfədir. Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etdiyini diqqətə çatdıran səfir bildirib ki, böyük şairin bütün yaradıcılığı kimi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri də duyğular üzərində qurulub. Ona görə də Azərbaycanın “Qarabağ” muğam qrupunun ifası hər zaman olduğu kimi, bu dəfə də muğamsevərlərdə xoş hisslər oyadacaq.

Ulu öndər Heydər Əliyevin UNESCO ilə əməkdaşlığa hər zaman xüsusi diqqət ayırdığını qeyd edən baş katib Elnur Sultanov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ötən dövrdə bu əməkdaşlığın dinamik inkişafına böyük töhfələr verib.

Baş katib UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranma tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, Komissiya 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Həmin Sərəncamla Milli Komissiya Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Bu il Milli Komissiyanın yaradılmasının 25 illiyi qeyd olunur. Böyük şair Nəsiminin yubileyinin yüksək səviyyəsində qeyd olunması Azərbaycan xalqının korifeylərinə göstərilən doğma münasibətin davamıdır.

Çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan professor Öcal Oğuz bildirib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığı bütün türk xalqları üçün milli sərvətdir. Azərbaycanın bütün uğurları, o cümlədən UNESCO ilə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər qürurvericidir. Azərbaycanın “Qarabağ” muğam qrupunun ifası bir tərəfdən muğam sədası ilə qəlbimizə rahatlıq verirsə, digər tərəfdən “Qarabağı unutma!” çağırışı edir.

Çıxışlarda anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı, bu məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın-UNESCO əməkdaşlıq münasibətlərinin nəticələri, o cümlədən bunun türk dünyasının mədəni inteqrasiyasına təsiri, həmçinin İmadəddin Nəsimi yaradıcılığının dünyada tanıdılması istiqamətində görülən işlərin səmərəsi və s. məsələlər barədə iştirakçılara geniş məlumat verilib.

“Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Heydər babaya salam”, “Qara tellər”, “Nə olaydı” xalq mahnıları və təsniflər, o cümlədən Nəsiminin qəzəlləri səsləndirilib. Xalq artisti ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər. Konsertin sonunda xanəndə Mənsum İbrahimovun “Qarabağ şikəstəsi”ni ifa etməsi tamaşaçılar tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. /Azərtac/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.