Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19

(Bilməyənlər üçün..)


 
Ey özündən bixəbər qafil, oyan!
Haqqa gəl, kim haqq deyil batil, oyan...

Altı əsrdən çoxdur insanlığı oyanmağa çağıran Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı - 1417, Hələb) – dahi Azərbaycan şairi və mütəfəkkiri “İmadəddin Nəsimi” adı ilə məşhurdur. Anadilli şeirimizin ilk nümayəndələrindən biri olan Nəsimi başlanğıc təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.

X əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şeirlər yazmağa başlamış və həmin vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir. Təriqətin əsas prinsipi insanın Tanrı tərəfindən çox böyük potensial imkanlarla yaradıldığı və onun öz nəfsini kamilləşdirmək, heyvani instinktlərdən çəkinmək yolu ilə ilahi mərtəbəyə yüksəlməyə qadir olmaq imkanı təşkil edirdi. “Hüruf” sözünün ərəb dilindən tərcüməsi “hərflərə aid olan” deməkdir. Nəimi Miranşah tərəfindən öldürülməzdən əvvəl öz vəsiyyətnaməsini yazıb müridlərinə – şagirdlərinə çatdıra bilir. O, tövsiyə edirdi ki, müxtəlif ölkələrə yayılaraq hürufiliyi yaysınlar.

Bu səbəbdən 1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi o zaman hürufiliyin mərkəzi olan Bakını tərk edərək Təbrizə, oradan da Anadoluya getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Osmanlı sultanı I Murad bu təriqətin tərəfdarlarını təqib etdirdiyindən Suriyaya gedib Hələb şəhərində fəaliyyət göstərmişdir.

Böyük şair ömrünün son illərini Hələbdə yaşamış, 1417-ci ildə orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. O, lirik şairdir. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur.

Şair həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Onun yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır.

 O, Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca original və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Şair türk dili ilə yanaşı ərəb və fars dillərində də mükəmməl ədəbi nümunələr yaratmışdır. Həm ana, həm də fars dilində divan bağlamışdır.

 Yaradıcılığı əsasən iki baxımdan qiymətləndirilir: yüksək poetik sənətkarlığına və humanist ideyalar yaydığına görə. Nəsimi insan gözəlliyini, insana məhəbbəti tərənnüm edən böyük lirikdir. Lirikasının əsas obyekti isə məhəbbətdir. Şairin şeirlərinin sufi və hürufi qabığını atdıqda səmimi və saf insan duyğularının tərənnümünü görürük. Yalnız lirik növdə və əruz vəznində yazıb yaratmışdır. Məsnəvi, qəsidə, qəzəl, tuyuq, müstəzad, tərcibənd, müləmmə kimi şeir janrlarından məharətlə istifadə etsə də, yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir.

Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Xüsusən XV əsrdə yaşamış Cahanşah Həqiqi şairə çoxlu nəzirələr yazmışdır.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam...

Cahana sığmayan Nəsiminin zəngin yaradıcılığı XV əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır. Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri yazılmışdır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. Bakının rayonlarından və metrostansiyasılarından birinə Nəsiminin adı verilmiş, haqqında roman (İ.Hüseynov “Məhşər”), poema (Qabil “Nəsimi”), kantata (C.Cahangirov), simfonik poema (A.Rzayeva), “Nəsimi dastanı” baleti (F.Əmirov) yazılmışdır. Bir bədii (“Nəsimi”), üç sənədli filmi çəkilmiş, şeirlərinə musiqilər və romanslar bəstələnmiş, Bakıda heykəli ucaldılmışdır. Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.