BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
Bakı Slavyan Universitetində V Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçısı, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, AMEA-nın Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədovun rəhbərliyi və MA-105-ci qrup magistrantlarının iştirakı ilə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu üzrə Bakıya gələn Cəvahirləl Nehru Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Gous Mashkoor Khan ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan professor Bədirxan Əhmədov Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələrindən, bu əlaqələrin genişlənməsinin hər iki ölkə üçün əhəmiyyətindən bəhs etmişdir. Görüş Cəvahirləl Nehru Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, türkoloq Gous Mashkoor Khanın çıxışı ilə davam etmişdir. O, magistrantlara Cəvahirləl Nehru Universitetinin fəaliyyəti, Azərbaycanla Hindistan arasında ədəbi-mədəni əlaqələrin qurulması və inkişafı haqqında məlumat vermişdir. Hindistanın adət-ənənələri haqqında da məlumat verən Gous Mashkoor Khan Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantları maraqlandıran sualları cavablandırmış və onları Cəvahirləl Nehru Universitetində doktorantura üzrə təhsil almağa dəvət etmişdir.
Sonda magistrantlar bu dəyərli görüş üçün müəllimləri professor Bədirxan Əhmədova və Cəvahirləl Nehru Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, türkoloq Gous Mashkoor Khana minnətdarlıqlarını bildirmişdirlər.
Əhmədova Günel
|