İspan yazıçısı Rafael Sançes Ferlosio 92 yaşında vəfat edib
02.04.19
İspan yazıçısı Rafael Sançes Ferlosio ömrünün 92-ci baharında dünyasını dəyişib. AZƏRTAC xəbər verir ki, İspaniyada çıxan "El Pais" qəzetinin yazdığına görə, tanınmış novellaçı Madriddə vəfat edib.
Rafael Sançes Ferlosio 1927-ci il dekabrın 4-də Romada anadan olub. O vaxtlar onun atası İtaliya paytaxtında "ABC" qəzetinin müxbiri işləyirdi.
Yazıçı 2004-cü ildə İspaniyanın nüfuzlu Migel de Servantes mükafatına layiq görülüb. O, çoxsaylı esse və hekayələrin müəllifidir. Ən məşhur əsərləri arasında 1955-ci ildə yazdığı "El Jarama" romanını göstərmək olar. /Azərtac/
|