Türkiyədə Qafar Çaxmaqlının növbəti kitabı çap olunub
31.03.19
Ankaradakı "Cedit" nəşriyyatı "erməni məsələləri"nə dair tanınmış mütəxəssis, Kayseridəki Erciyes universitetinin professoru Qafar Çaxmaqlının (Mehdiyev) "Bolşevik bir ermeni"nin hatıraları" adlı kitabını çap edib.Kitabda uzun müddət SSRİ-nin yüksək vəzifəli idarəçilərindən biri olmuş Anastas Mikoyanın xatirələrindən mühüm məqamlar öz əksini tapıb.
Türkiyənin tannınmış tarixçisi, Ankaradakı "Yeni düşüncə" araşdırmalar mərkəzinin əməkdaşı, professor Kemal Çiçek kitaba ön söz yazıb.
"Erməni məsələsi"nə dair növbəti kitabının çapdan çıxması münasibətiylə Turan agentliyinin Türkiyə bürosuna açıqlama verən professor Qafar Çaxmaqlı deyib:"1937-ci ildə Ermənistanda 700 nəfərin cəzalandırılması üçün siyahı hazırlananda Anastas Mikoyan 1500 nəfərin cəzalandırılmasını tələb edib.Ermənilər bunu heç vaxt unutmur.Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını istəyən Mikoyanı ermənilər bu mövqeyinə görə də sevməyiblər.Onun bir çox məsələdə erməni milliyyətçiləri və daşnaklarla fərqli mövqeələrdə durması Qafar Çaxmaqlıkitabımda təfərrüatlarıyla işıqlandırılıb.Tarixi sənədləri,yüksək vəzifə tutmuş şəxslərin xatirələrini ictimaiyyətlə bölüşdükcə "erməni məsələsi"nin daxili mahiyyəti daha yaxşı başa düşüləcək"
2011-ci ildən bəri Kayseridəki Erciyes universitetində dərs deyən Qafar Çaxmaqlı tələbələrin və sıravi şəxslərin istifadə etməsi məqsədiylə erməni dilini öyrənmə 272 səhifəlik metodik dərslik hazırlayıb.Elmi tədqiqatlarına görə, Erciyes universitetinin senatı Qafar Çaxmaqlıya professor titulu verib.Professor Çaxmaqlı "erməni məsələsi"nə dair Türkiyədə ən mötəbər mütəxəssislərdən biri hesab edilir. /contakt.az/
|