Elnur Rəsuloğlu (Əliyev) - Alıbdır ağlını ehtiras, şəhvət
01.04.19
Avanqard.net Elnur Rəsuloğlunun (Əliyev) şeirlərini təqdim edir.
Məktub Abırsız adamla doludur dünya, Zalımın, alçağın quludur dünya. Əzrayıl rolunu oynadın, bəsdir! Rəzillik, əclaflıq puç bir həvəsdir. Tutmadın qolundan gənc şairlərin, Uzağı öləndə torpaqdır yerin. Ruhunu satmısan İblisə, əlbət, Alıbdır ağlını ehtiras, şəhvət. Nə qədər gec deyil, bu yoldan qayıt, Allahın lütfilə özünü ayılt!
Adam
Mənim sənlə barışmağa Ehtiyacım yoxdur, Adam. Mövzu axtar danışmağa, Ətrafında çoxdur, Adam.
Ömür axan çay kimidir, Təb Tanrıdan pay kimidir. Bu qələmim yay kimidir, Cümlələrim oxdur, Adam.
Söz altından çıxar hər iş, Yüksələnlər edər eniş. Əlim açıq, qəlbim geniş, Gözlərimsə, toxdur, Adam.
|