Şərq ölkələrində multikulturazlim modelləri (Yaponiya timsalında)
29.03.19
Zəhra Məmmədli
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
XX əsrin böyük güc və cazibə qüvvəsi olaraq meydana çıxartdığı ölkələrdən biri Yaponiyadır. Elmi ədəbiyyatda Yaponiya Gündoğar ölkə kimi də adlandırılır. Əslində Yaponiya son yüzilliyin elm və texnologiyasının, iqtisadiyyatının günəşi olaraq meydana çıxmışdır. Yaponiya samuraylar ölkəsi də adlanır. Qədim samuray xalqları və mədəniyyətinin yaşadılması və möhkəmləndirilməsi də Yaponiyanın inkişafında mühüm rol oynayır. Yaponiyaya adalar ölkəsi də deyirlər. Coğrafi məlumatlara görə, Yaponiyada 3 mindən çox ada vardır. Hazırda iqtisadi inkişafının səviyyəsinə görə dünyada ən aparıcı yerlərdən birini tutan Yaponiya beynəlxalq proseslərdə də özünün siyasi rolunun güclənməsinə çalışır. Doğrudur, son 10 ili Yaponiya üçün «itirilmiş 10 illik» adlandırırlar. Çünki ölkə tarixində ən dəhşətli təbii fəlakətlər, sunami qasırğaları və atom elektrik stansiyasında baş verən dəhşətli faciə Yaponiya iqtisadiyyatına da təsirsiz ötüşmədi. Lakin bu keçid dövründən sonra yeni inkişaf mərhələsinin olacağı barədə nikbin proqnozlar da səslənirdi. «Ekonomist» jurnalının ekspertləri yazırlar: «Yaponiya yenidən doğulmanın həzzini yaşayır. Ötən 20 ilin çox hissəsi ərzində qiymətlərin aşağı düşməsi iqtisadiyyat üçün bir fəlakət idi, lakin Yaponiya Bankının pul çapetmə əməliyyatı valyuta kursunu aşağı saldı, qiymətləri isə qaldırdı – bu, adətən, narahatedici bir kombinasiyadır, lakin deflyasiyaya meyilli olan Yaponiyada yox». Müasir dövrdə Yaponiya Asiya-Sakit okean regionu ölkələri arasında iqtisadi cəhətdən ən çox inkişaf etmişdir. Siyasi və iqtisadi inkişafın “Yaponiya modeli” istehsalat və idarəçilik üsullarının və strukturunun Qərb texnologiyaları əsasında özünün mədəni sərvətlərini və tarixi xüsusiyyətlərini qorumaqla regionun digər ölkələrinə də nümunə olmuşdur. SSRİ dağıldıqdan sonra yaranan və müstəqillik qazanmış ölkələrlə beynəlxalq münasibətlərin qurulmasında da Yaponiya özünəməxsus mövqe nümayiş etdirmişdir. Ölkə yeni qurulmuş müstəqil dövlətlərin yaranmasını dəstəkləmiş, lakin həmin ölkələrlə diplomatik münasbətlərin qurulmasında, iqtisadi-mədəni əlaqələrin yaradılmasında təmkinli davranışla addımlar atmağa üstünlük vermişdir.
Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərdə Yaponiya
Hazırda Yaponiya Cənub-Şərqi Asiya ölkələrinin başlıca ticarət ortağı kimi çıxış edir. O, İndoneziyanın 37% ixrac və 24% idxal, Malayziyanın 26% idxal və 16% ixrac, Sinqapurun 21% idxal və 17% ixracını təmin edir. Yaponiya şirkətləri Cənub-Şərqi Asiya ilə elmi-texniki əməkdaşlığı və sənaye kooperasiyasının inkişafını genişləndirir, bir sıra məhsulların istehsalını qonşu ölkələrə keçirməyə, özü isə texnoloji çətin məhsulların istehsalı və mənimsənilməsi sahəsində diqqətini cəmləşdirməyə çalışır. Nəticədə dünyanın Asiya hissəsində elmi-texniki və sənayenin bir-biri ilə qarşılıqlı əlaqədə yapon-sentrist modeli gözdən keçirilir.
Mədəni əlaqələr
Çoxsaylı elmi ədəbiyyatlarda Yapoinya daha çox yeni texnologiyanın vətəni kimi səciyyələndirilirsə də bu ölkənin özünəməxsus bənzərsiz mədəniyyətə malik olması həmişə etiraf olunmuşdur. Bu özünəməxsusluq, hər şeydən əvvəl, Yapon mədəniyyətində keçmişlə müasirliyin vəhdətində və Qərblə Şərqin sintezində özünü göstərir. Şərq-Qərb sintezi əsasında formalaşmış Yapon mədəniyyətində folklordan, milli etnoqrafiyadan gələn ənənələrin böyük payı vardır. Yapon mədəniyyətində millilik və qədimlik qorunub saxlanılmışdır. Elmi ədəbiyyatlarda yapon mədəniyyəti aşağıdakı kimi xarakterizə olunur: «Yaxından tanış olduqda aydın olur ki, sənayeləşmiş Qərb cəmiyyətinin qarşısında ənənələrə əsaslanan Yaponiya özünün dəyişilməzliyi ilə dayanır. Əvvəllərdə olduğu kimi, indi də ölkədə ənənəvi incəsənət növlərinin çoxusu yaşayır, qədim ənənələr bütün hallarda cəmiyyət həyatında və biznes sahəsində əvəzedilməz rol oynayır. «Yapon ruhu» isə gündəlik həyatda hakim rola malikdir.1 Məhz bu cəhətlər Yapon mədəniyyətininin dünya mədəniyyətindəki özünəməxsus yerini müəyyən edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın mədəniyyətində də Şərq-Qərb sintezinin və köklü folklor ənənələrinin üstünlüyü bir-birindən uzaq məsafədə yerləşən bu iki ölkənin mədəniyyətlərinin tipoloji yaxınlığını nəzərə çarpdırır. Mədəniyyət üzrə əməkdaşlıq Azərbaycan-Yaponiya əlaqələrində özünəməxsus yer tutur. Bu sahəyə dair əlaqələrin inkişafında ilk növbədə Yaponiya dövlətinin Azərbaycanda musiqi mədəniyyətinin daha da inkişaf etdirilməsinə göstərdiyi qayğını ayrıca qeyd etmək lazım gəlir. Belə ki, Yaponiya hökuməti 2004-cü ilin yanvar ayında Azərbaycan Dövlət Opera və Balet Teatrının işıqlandırma sisteminin yenidən qurulmasına 354 min ABŞ dolları həcmində qrant ayırmışdır. Həmin qrant layihəsinin həyata keçirilməsi Opera və Balet Teatrında işıqlandırma və elektrik sisteminin müasir tələblər səviyyəsində təşkilinə, bu sahənin zəruri yeni texnologiya ilə təmin edilməsinə şərait yaratmışdır. Bu isə öz növbəsində Opera və Balet Teatrında tamalaşaların daha canlı təqdiminə normal şərait yaratmağa xidmət etmişdir.
Multikulturalzim
Multikulturalizm - Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Şərq tarixən etnosların fövqəladə rəngarəng spektrdə təmsil olunduğu məkanlardan biridir. Burada davamlı olaraq dövlətlərin, mədəniyyətlərin və sivilizasiyaların təşəkkülü, qovuşması, etnosların, sistemlərin mübarizəsi və miqrasiyası prosesi baş vermiş və bu möhtəşəm hadisə Qədim və Orta əsrlər Şərq tarixnin əsas məzmununu təşkil etmişdir. Şərq etnik-mədəni və hərbi-siyasi faktoru Misirin, Babilin, Çinin, Hindistanın, Yaponiyanın, Qədim Türk xalqlarının, Ərəb xilafətinin, Osmanlı, Səfəvi, Böyük Moğollar kimi imperiyaların simasında ümumdünya tarixni möhtəşəm sivilizasiyalarla zənginləşdirmiş, dünyaya Zərdüştün, İbrahimin, Musanın, İsanın, Məhəmmədin (salavatullah) simasinda müqəddəs peyğəmbərlər, Budda, Konfusi, İbn Sina, Nizami, Füzuli kimi çox möhtəşəm dühalar, Vvedlər, Tövrat, Avesta, İncil, Quran kimi müqəddəs kitablar bəxş etmişdir. Şərq sivilizasiyası antropoloji obrazların möcüzəli çeşidlərlə təmsil olunduğu bir məkan kimi,özündə eləcə də, çeşidli mədəniyyətləri, dini ideyaları, əqidələri, məzhəb və məsləkləri də ifadə etmiş və bu gündə edir. Burada bütün irqlər və onların törəmə çeşidləri bir-birinə qovuşmuş,müxtəlif dinlərin və mədəniyyətlərin sintezindən spesifik,dünyanın digər məkanlarında analoqu olmayan mədəni obrazlar və nümunələr təşəkkül tapmışdır.Bununla əlaqədar Şərqin fövqəladə etnik-mədəni müxtəlifliyi bu məkanda yaşayan bütün insanlardan daha çox dözümlülük,tolerantlıq,həmçinin elmi-texniki,intellektual-mədəni,sosial-siyasi resursların daha mütəşəkkil üsullarla səfərbər edilməsini tələb edirdi və bu tendensiya bu gündə davam edir. Ddünyanın digər bölgə və regionlarında olduğu kimi,Şərqdə də, Qədimvə Orta Əsrlər tarixnin etnik-siyasi və sosial-təşkilati xarakterini cəmiyyətin “köklü sülalələr”, “imtiyazlı superetnoslar” tərəfindən nüfuz və hərbi-siyasi güc amili ilə idarə olunması təşkil edir. Onların yaratdığı təşkilatlar etnik və dini müxtəlifliklərin birliyindən yaranmış sosiumun davamlı inkişafını təmin etmək üçün güc üsuluna alternativ olan liberal metodlardan, sülhyaradan, barışığa çağıran üsullardan istifadə etməyə daha çox üstünlük verirdilər. Artıq o dövdə mütərəqqi düşünən insanlar dərk edirdilər ki, müharibə və münaqişə əsl siyasi məqsədə çatmaq üçün yeganə vasitə və davamlı dəyişən dünyanın əbədi məzmunu ola bilməz. Odur ki, müxtəlifliklərin vəhdətini təmin etmək üçün hər bir elementar subyekti tam qane edə biləcək böyük, mükəmməl və uzun müddət üçün nəzərdə tutulmuş ideyaya ehtiyac və tələbat duyurdu. Çünki məhz belə ideya tutulmuş müxtəlifliklərin fərdi psixoloji xarakterindən doğan gizli və aşkar qiyamı cilovlamağa qadir idi. Şərq ölkələrində aşağıdakı multikulturalizm modelləri vardır: 1) Malaziya modeli 2) İndoneziya modeli 3) Hindistan modeli Multikulturalizmin “sivilizasiyalararası dialoq”, “tolerantlıq” mövzusu ilə oxşar və fərqli cəhətləri Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
|