Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb
28.03.19
Tbilisidə Azərbaycan dilində “Gürcü hekayələri” kitabı işıq üzü görüb.
Kitabı gürcü dilindən Azərbaycan dilinə Gürcüstan Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu tərcümə edib.
Tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı kitaba yazdığı “Ön söz”də deyir: “Böyük söz ustadları tərcüməçiləri obrazlı şəkildə körpü salanlara bənzədiblər. Bu bənzətmədə yüz illərin sınağından çıxmış həqiqət var. Ona görə ki, xalqlar və mədəniyyətlər məhz tərcüməçilərin sayəsində daha da yaxınlaşır, mənəvi zənginliyə qovuşur. M.Məmmədoğlu da məhz belə tərcüməçilərdəndir. Onu tərcümə etdiyi neçə-neçə əsər bizim mənəviyyatımızın zənginləşməsinə xidmət edib”.
Kitabda klassik gürcü yazıçısı David Kldiaşvilinin, eləcə də müasir yazıçılar Naro Kolxeli, Zurab Kobaliya və başqalarının əsərlərindən nümunələr yer alıb. /Azərtac/
|