Pikassonun oğurlanmış “Qadın büstü” Amsterdamda tapılıb
28.03.19
Pablo Pikassonun 1938-ci ildə çəkdiyi “Qadın büstü” əsəri 1999-cu ildə Fransada ərəb Şeyxinin gəmisindən oğurlanıb və sonradan Amsterdamda tapılıb. Əsərdə rəssamın məşuqəsi Dora Maar təsvir olunub.
Rəsm əsəri 25 milyon avro dəyərində qiymətləndirilib.
Rəsm əsərinin sahibi Abdul Mohsen Abdulmalik onu 1980-ci ildə Nyu-Yorkda “Pace qalereyası”ndan alıb. 1999-cu il martın 11-də onun “Koral adası” adlı gəmisi Fransada gömrük nəzarətindən keçirdi. Gəmidə Pikassonun həmçinin “Matisse” adlı digər əsəri də vardı. Həmin vaxt nəzarət kameraları söndürülmüşdü. Oğrular üçün şəkli gəmidən çıxarmaq çətin olmadı. Şeyxə isə 400.000 avro məbləğində təzminat ödənildi. O vaxtdan kətan üzərində çəkilmiş rəsmdən bir xəbər çıxmadı. Oğruların yerini nə Şeyxin dedektivi, nə də polislər müəyyən edə bildilər.
Pikasso XX əsrin ən dəyərli və əsərlərinin ən çox surəti çıxarılan rəssamlarından biridir. Belə ki, hər dəfə onun əsərlərinin surəti satışda peyda olur. Bu əsəri o, özü üçün çəkib, imzasını isə qoymayıb. Pikasso rəsmi evində saxlayırdı. 2016-cı ildə belə bir xəbər yayıldı ki, gəmidə olan Pikasso şəhərin kasıb məhəllələrində dolaşır. Sonradan bir iş adamının bu barədə məlumatlı olduğu bilindi. Bu əsəri o, bir müştəridən aldığını söylədi. Şəklin keçmişi ilə bağlı onun mafioz əllərdə olmadığını söylədi. Ancaq oğrular rəsm əsərini açıq bazarda sata bilməmişlər. İş adamı dedektivlə söhbət edəndə onun üzü meyit rəngi kimi ağardı. Bu adam şəkli evində saxlayırdı.
Dedektiv qeyd edir ki, surət çıxaranlar nə qədər bacarıqlı olsalar belə, portretin arxasındakı möhürü görməyiblər. “Qadın büstü”nün arxasında “Pace qalereyası”nın möhürünü gördü. Şeyx onu səksəninci illərin əvvəllərində həmin qalereyadan əldə etmişdir. Şəkil oğurlandıqdan sonra sığorta şirkəti ona 4 milyon avro ödədi. Rəsm əsərinin bazarda satış qiyməti isə 25 milyon avro dəyərindədir.
|