Əbülfəs Qarayev: “Muzeylərdə audio-vizual bələdçilərin tətbiqinə başlanacaq”
11.03.19
Azərbaycanın aparıcı muzeylərində audio-vizual bələdçilərin tətbiqinə başlanacaq.
Bu barədə açıqlamasında Cocuq Mərcanlıda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, bu ilin sonuna kimi muzeylərdə audio-vizual bələdçilərin tətbiqi reallaşacaq: “Bizim bir neçə layihəmizdə artıq 360 dərəcəli videoçəkilişlərə başlanılıb. Bakının əsas muzeylərində və mədəniyyət ocaqlarında artıq internetlə izləmək mümkündür”.
Qeyd edək ki, Ə.Qarayev bu gün Cocuq Mərcanlıya gedib və yerli sakinlərlə görüşüb. Nazir kənd məscidinə baş çəkib, yeni yaradılan istirahət parkında olub və Cocuq Mərcanlıda keçiriləcək bayram konserti ilə bağlı tapşırıqlarını verib. /Ona.az/
|