Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclası keçiriləcək
05.03.19
Martın
9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının idarə heyətinin geniş tərkibdə iclası keçiriləcək.
İttifaqdan bildirilib ki, iclasda Prezident İlham Əliyevin “Azərbaycan
Kinematoqrafiyasının İnkişafı” ilə bağlı imzaladığı Sərəncamın icrasına
uyğun olaraq müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.
|