Ruslan Mollayev - 26 fevral
25.02.19
Qısa hekayə İstisna günlərdən başqa qıza ağlamağı qadağa qoymuşdular. 26 fevralı elə səbirsizliklə gözləyirdi ki, səbəbli şəkildə onu tərk edən sevgilisi üçün hönkürəcəkdir. Küçə ilə yürüş edib, soyqırım abidəsinə gələnəcən vaxtı vardı.
Onunla bərabər addımlayanlar, səsindən çevrilib baxanların hər biri, bir söz, bir neçə fikir söyləyirdi, – yəgin kimdirsə Xocalıda doğmasını itirib... Qız isə heç nəyə fikir vermədən elə hey ağlayırdı. Operatorlar, fotoqraflar üz cizgilərini çəkib, günün başlıq görüntüsü etdilər.
Keçmiş sevgilisinin fotosunu manşetdə görən oğlan qəhqəhəylə güldü. Son vaxtlar fikir içində olan bir adamın nədən birdən belə gülməsinin səbəbini soruşdular. "Buna gülməmək mümkün deyil, fotoda gördüyünüz qız, ermənidir!" - deyə cavab verdi.
|