Prezident teatr binasının təmirinə pul ayırdı
20.02.19
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb.
Dövlət başçısı əsaslı təmir və yenidən qurulma işləri üçün Mədəniyyət Nazirliyinə 2 milyon manat ayırıb.
|