Natiq Rəsulzadə: Kitablarımda bütün həyatım əks olunub
20.02.19

Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində tanınmış yazıçı, kinodramaturq, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü, “Şöhrət” ordenli Natiq Rəsulzadə ilə görüş keçirilib.

Yazıçı ilə görüşdə mədəniyyət xadimləri, ziyalıların nümayəndələri, tanınmış ədibin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Kitab Mərkəzinin direktoru Günel Rzayeva qeyd edib ki, müasir yazıçılar nəslinin ən tanınmış nümayəndələrindən biri, əsərləri ilə ölkənin hüdudlarından kənarda da oxucuların rəğbətini qazanmış Natiq Rəsulzadəni təqdim etməyə ehtiyac yoxdur.

Yazıçı özü haqqında danışıb: “Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım. Hələ məktəb illərində “Azərbaycan gəncləri” qəzetində yazmağa başladım, ilk ciddi tapşırığım isə “Qırmızı qərənfil” inqilab veteranları klubu haqqında reportaj hazırlamaq olub. Həmin vaxt on yeddi yaşlı gənc veteranlarla görüşü poetik çalarlarla qələmə almışdı. Bu qəzet mənə ən başlıca keyfiyyəti – artıq sözçülüyə varmamağı öyrətdi”.

Sonra dördüncü kursda tərk etdiyim Azərbaycan Politexnik İnstitutu və Moskvadakı A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığım illər gəldi. “Mənim kitablarımda bütün həyatım, tərcümeyi-halım, taleyim əks olunub”,- deyə Natiq Rəsulzadə sözlərinə yekun vurub.

Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, tarzən, Xalq artisti Ramiz Quliyev, Xalq rəssamı Arif Hüseynov, dirijor, Xalq artisti, professor Yalçın Adıgözəlzadə və başqaları yazıçı ilə onların hər birinin həyatında unudulmaz bir mərhələyə çevrilmiş dostluq illərindən bəhs ediblər.

Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, Natiq Rəsulzadənin yaradıcılığı müasir Azərbaycan nəsrində əsl hadisəyə çevrilib. Onun ədəbiyyatda Bakının həyatını məişət prizmasından təsvir edən özünəməxsus mövqeyi var. “Onun “Eşşək, eşşək haqqında” hekayəsi məndə çox böyük təəssürat yaradıb. Həmin əsərdə yazıçı ölkənin həyatında baş verən köklü dəyişikliklər dövründə - ağır 90-cı illərdə Azərbaycan ziyalısının şaşqınlığını və tənhalığını kəskin qələmlə təsvir edib”, - deyə Ç. Abdullayev vurğulayıb.

Yazıçı 40-dan çox kitabın, 200-dən artıq hekayə, roman və povestlərin, bədii filmlərə ssenarilərin müəllifidir. Onun hər bir kitabı unikaldır, ölkənin ədəbiyyat tarixində bənzərsiz iz qoyub.

Natiq Rəsulzadənin nəsrinin unikallığı əsərlərinin rus dilində yazılmasıdır. Bu dildə elə yazmaq lazımdır ki, nəşrlərin bol olduğu bir dövrdə belə rusdilli oxucu onları oxumaq istəsin. Oljas Süleymenov, Çingiz Aytmatov və Natiq Rəsulzadə - bu ədiblərin hamısı əsl milli yazıçı olmaqla yanaşı, rus dilində yaradıblar və bunun sayəsində oxucular onların ölkələri haqqında məlumatı ilkin mənbədən alıblar. Ən maraqlısı isə, bu yazıçılar əcnəbi oxucuların sevimli nasirlərinə çevrilə biliblər.

Sonda Natiq Rəsulzadə görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, oxucular üçün kitablarını imzalayıb. /Azərtac/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.