Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19

Alvin Plantinqa müasir və məşhur Amerikalı filosofdur. O analitik fəlsəfənin və müasir epistemologiyanın həm korifey həmdə canlı nümayəndəsi sayılır. Epistemologiyada “Reformed Epistemology” yeni fəlsəfi cərəyanın yaradıcısı hesab edilir.

A.Plantinqa Amerikanın Miçiqan əyalətində 15 Noyabr 1932-ci ildə dünyaya gəlmişdir. O Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olduqdan sonra, 1954-cü ildə Yel Universitetindən Ph.D dərəcəsi alır. O 1957- ci ildə Vyana (Wayne) dövlət universitetində, 1958- ci ildən Miçiqan universitetində və sonralar Kalvin kollecində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. 19 il müxtəlif universitetlərdə müəllim və tədqiqatçı kimi fəaliyyətindən sonra, Noterdam universitetinə dəvət alır. Və hal-hazıradək orada elmi- fəlsəfi fəaliyyətə məşğuldur.

Amerikalı müasir filosof A.Plantinqa böyük elmi şəxsiyyətlərindəndir. O məntiq, fəlsəfə, din fəlsəfəsi, analitik fəlsəfə və epistemologiya sahəsində həqiqətən elmi dirçəliş yaratmışdır. O epistemologiya sahəsində islah edilmiş epistemologiya nəzəriyyəsini irəli sürmüş və “Reformed Epistemology” adlı elmi cərəyan yaratmışdır. Epistemologiyanın Avropada inkişaf etmiş formalarını, sensualizm (1) evidentalism (2) nəzəriyyələrini əsaslı tənqid etmiş və İslah olunmuş epistemologiya nəzəriyyəsini əsaslandıraraq isbat etmişdir. O epistemologiyada fundamentalizm nəzəriyyəsini qəbul edir. Filosof bir növ epistemoloji fundamentalizmi də qəbul etmişdir. Onun fəlsəfi düşüncələrinə nəzər saldıqda, deyə bilərik ki, o həqiqəti əldə etmək istəmiş, lakin predmetlərin əldə olunmasında rəngarəngliklə qarşılaşmışdır. Filosof inamla ağıl arasında həll oluna bilməyən ziddiyyətin olmadığına və onların bir- birlərini tamamladıqlarına inanır.

Epistemologiya nədir və A.Plantinqanın epistemoloji baxışı hansıdır?


Epistemologiya sözü yunanca “epistemo” bilik, məlumat, “logos” təlim sözlərinin birləşməsiylə yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfə qolu, biliyin nə olması ilə, onun necəliyi ilə maraqlanır. Epistemologiya fəlsəfəsi bizə elmi, dini, fəlsəfi, texniki, sənət biliklərinin fərqləndirilməsi baxımından da çox önəmlidir. Əsasən “bilik nədir və necə yaranır?”, “biliyin növləri və onların arasındakı bənzərliklər və fərqlər nələrdir?”, “biliyi əldə etməyin yolları hansılardır?”, “bilik fəaliyyətləri nələrdir?”, “biliyin qaynağı, problemi nədir?”, “biliyin doğruluğu və gerçəkliklə bağlılığı nələrdir?”, “tam mütləq biliyə çata bilərikmi?”, “bilməyin məhdudluğu varmı?”, “insan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?”, “biliyin dəyəri nədir?” kimi bilmək aktıyla bağlı sualları cavablamağa və bu kimi problemləri həll etməyə çalışır. Fəlsəfənin bu qolu antik dönəmdən günümüzə qədər filosofların beynini məşğul etmişdir.

Bilik nədir və necə yaranır? Bilik, biliyi anlaya bilən subyektin, yəni insanın bilinənə, yəni obyektə yönəlməsiylə ortaya çıxır. İnsan duyğu üzvləri ilə hiss etdiyi obyekti bilik fəaliyyətləriylə şərh edir və bağlantı qurur. Bilik fəaliyyətlərini qurmaq üçün duyğu orqanlarından gələn siqnallara və bu siqnalları emal edən beynə ehtiyac var. İnsan beyninə həyatı boyunca ətraf mühitdəki obyektlərdən görmə, eşitmə, qoxu bilmə, toxunma kimi duyğu orqanları vasitəsiylə siqnallar gəlir, bunları beynində bilik fəaliyyətləri ilə emal edir və bağlantı quraraq informasiya yaradır. Biliyin növləri nələrdir? Epistemologiya fəlsəfəsində bilik, istifadə sahələrinə və əldə edilmə yollarına görə gündəlik, elmi, fəlsəfi, dini, texniki və incəsənət bilikləri kimi fərqli şəkillərdə bölünür.

Elmi biliyin ayırd edici özəllikləri obyektiv və şübhəçi olması, bundan əlavə, elmi təcrübəyə, sınağa, müşahidəyə, yəni elmi metodlara dayanmasıdır. Elmi bilik şübhə üzərinə qurulduğundan zamanında elmə qəbul edilmiş yalnış biliklər üzə çıxdıqda daha doğru və düzgünləri ilə dəyişdirilə bilər. Yəni elmi bilik mütləqçi, qatı, mühakiməsi qadağan olan bilik növü deyil, tam tərsi, yalnışdırsa, yalnış doğrusuyla əvəzlənə bilər. Elmi bilik növündə elmi metodlarla yanaşı, düşünmə, anlama, məntiqi mühakimə fəaliyyətlərinə də önəm verilir.

Fəlsəfi bilik subyektivdir və məntiqi mühakimə etmək üzərinə qurulmuşdur. Qatı və dəyişməz olmadığından məntiqə önəm verdiyindən elmi biliklə bənzər yönü var. Amma subyektiv olduğundan elmlə fərqlilik göstərir. İnsan fəlsəfi düşünmə və biliklər ilə içində yaşadığı cəmiyyətin hüquq və əxlaq normalarını, iqtisadi, siyasi, sosial sistemini (ən yaxşı necə yaşamalı?), varlığın və həyatın məqsədini, anlamını, dəyərini, ətrafında yaşanan dini inancları və.s. sorğulayıb məntiq süzgəcindən keçirir. Bizə hüquq, siyasət, iqtisadiyyat fəlsəfə qolları ilə ideal qanunlar, iqtisadi və siyasi sistemlər verməyi hədəflədiyindən insanlıq yaşamında çox önəmi yerə sahibdir. Dini idrak inanc təməllidir və müqəddəs, dəyişməz, mütləq həqiqət və vəhy olduğu iddia edilən yazılara əsaslanır. Bu bilgi növünün, çox zaman, mühakiməsinə imkan verilmir. Bu yazılar yaradıcı olduğuna inanılan hər hansı bir varlığın (və ya varlıqların) yaratdığıyla əlaqəsi, onun (və ya onların) yaratdıqlarına olan sözləri sayılır, ”Yaradıcı”nın “yaradıqlarında” görmək istədiyi ən yaxşı davranışları ehtiva etdiyi inananları tərəfindən iddia edilir. Dini bilgi ən çox tənqid olunan bilgi növlərindəndir. Çünki fövqəltəbii olan varlıqların mövcud olduğunu iddia edirlər ki, iddia edilən varlıqların mövcudluğu fizika qanunlarından kənar olduğunu üçün rasional elmi metodlarla sübuta yetirilə bilmir.

A.Plantinqanın idrak haqqında nəzəriyyəsi rasionalizm və empirizmə əsaslanır. O rasionalizm təlimləri ilə tərbiyə almış filosofdur. Bu səbəbdən, nəsnələr haqqında adlanan idrak, müəyyən həddə xəyalıdır. Hər bir fərd zaman və məkan yaxud səbəb və nəticə barəsində fikir irəli sürdüyü zaman, həqiqətdə xarici aləmdə olmayan əşyalar haqqında, sırf öz subyektiv xəyalından doğan sözləri ifadə edir. Yalnız öz düşüncə adətlərinə uyğun fikirlər irəli sürür. Çünki bundan başqa çarəsi də yoxdur. A.Plantinqanın ideyasına görə əşyanın özünə aid oldub, olmamasını mütləq şəkildə demək olmaz. Son təhlildə belə, tanınmayan işlər mahiyyəti kimi qalır. (3)

Baxmayaraq ki, A.Plantinqa maddi nəsnələrin əsl mahiyyətinin dərkində də şəkk etmişdir, amma onun metafizik işlərin həqiqəti barəsində şübhəsi daha da çoxdur. İntuisiya yalnız təcrübi işlərdə etibarlıdır. İnsanın zehni maddi işlərin çərçivəsindən kənara çıxdığı zaman məntiqi əkslik və ziddiyyətlərin içərisinə daxil olur. Bu barədə yalnız onu öyrənmək olar ki, zehin dünyada təcrübi olmayan heç bir qanunla, heç bir növ rasional idrak əldə edə bilməz. Alvin Plantinqanın islah olunmuş epistomologiya nəzəriyyəsi üç əsas istiqamətdə: 1.Rasional; 2.Əsaslandırılmış (Justification); 3.Zəmanət (Warrant) sistemi çərçivəsində özünü əks etdirir.(4)

A.Plantinqa bu üç formula ilə isbat edir ki, insanlarda dini idrakın və inancın özü köklü nəsnədir. Məhz buna görə, onun mahiyyətindən sorğu sual etməyə ehtiyac yoxdur. Zira, əgər bir fərd deyirsə, indi gecə deyil gündüzdür və buna sübutu gündüzün özüdürsə, sadəcə onu görmək lazımdır. Onun sübutu özüdür. Teoloji zəmində də tamamilə belədir. Əgər bir şəxs tanrının əlini həyatında hiss edirsə, və onu görürsə, onun inancına sübut və arqument göstərməsi zəruri deyil. Sadəcə olaraq onunla həmnəva olub, Tanrını görmək lazımddır. Çünki həmin fərdin Allaha inancı, digər şəxsin hazırda gündüz olmasına inandığı kimi, onun üçün aydındır. Məhz burada A.Plantinqanin “İslah olunmuş epistomologiya nəzəriyyəsi” görünür. Bu nəzəriyyə Amerikada müxtəlif əks sədalar doğursada, A.Plantinqa nəzəriyyəsini irəli sürmək üçün müxtəlif elmi üslublardan istifadə edir. O bu nəzəriyyəni vermək üçün ilkin olaraq, skeptisizm fərziyyələrini rədd edir. Sonra idrakın meydana gəlməsi üçün mövcud beş əsas: 1- Şəhadət (Testimony); 2- Sübut (Reasoning); 3- Hafizə (Memory); 4- Şühud (İntuition); 5- Hissi idrak (Perception) kateqoriyalarını qəbul edir. Amma onları kafi hesab etmir. Beləliklə O qeyd edir ki, bu beş kateqoriyanın olması labüddür. Amma idrakın mənbələrini (Sources of knowledge) bu beş prinsipdə xülasə etmək doğru deyil.

İnancın beys və kök olma məsələsini irəli sürən A.Plantinqa inamın mərhələlərinə və fideism cərəyanına işarə edir. O elmi əsaslarla özünü fideist saymır, hətta ona qarşı iddialarla çıxış edir. Amma fideist dünyagörüşünü izah edərək şərh verir ki, bu ideyanın qayəsi insanın inanc sistemləri məsələsinin ümumi və fərqli cəhətləridir.

A.Plantinqanın teoloji idrak nəzəriyyəsi

A.Plantinqa özünü xristian hesab edir. Amma onun nəzəriyyəsinə görə, dinin əxlaqdan substansiyon fərqi yoxdur. Ona görə, din xüsusi qaydalarla nəzərdə tutulan əxlaqın özüdür. A.Plantinqa əxlaqın həmin dinin özü olması anlayışına israr edir. Dinlə fərqliliyini qəbul etmir. Əxlaqın dinin özü olmaının mənası ondan ibarətdir ki, fərdin özündən başqa mənbəyi olmamalıdır. Müraciət olunan nəsnəni xarici əmr olduğuna görə yox, daxili zəka və iradəsilə qəbul etməlidir. Buna görə A.Plantinqa İ.Kantın “Din yanlız zəka çərçivəsində” adlı kitabında ifadəsini tam səmimiyyətilə qəbul edir. İ.Kantın ifadəsi budur: “Əxlaq insandan qaynaqlanan təsəvvür olduğuna görə, ixtiyarlıdır. İxtiyarlı olduğuna görə özünü mütləq qanunlarda, ağlın hökmünə borclu edir. Öz vəzifəsi ilə tanış olmaq üçün özündən savayı kənarda olan varlığın təsəvvürünə ehtiyacı yoxdur. Həmçinin öz vəzifəsinə əməl etmək üçün özündən savayı əxlaqi dəyərlərdəki məqsədə ehtiyacı yoxdur. Buna görə əxlaq öz- özlüyündə heç zaman dinə ehtiyacı yoxdur və həmin təmiz zəka ona kifayət edir.”(5)

A. Plantinqanın Allahdan təsəvvürü digər dinlərin Allahdan təsəvvürlərindən ümumi və əsaslı şəkildə fərqlənir. A.Plantinqa Allah barəsində xarici təsəvvürü (6) insanın atributlarının və nəfsinin Allahla deduksiyası olması sayır.

A.Plantinqa hermenevtikadan istifadə edərək, xristianlığın əsası ilə rasyonal məsələləri uyğunlaşdırır. O əbədi günah, Allahın İsada təcəssümü, İsanın fəda olması və s digər anlayışları əxlaqi və insanın təbii idrakına uyğun təfsir edir. A.Plantinqanın təsəvvüründə rasional zəkaya uyğun gəlməyən möcüzəyə belə yer yoxdur. Onun inancına görə ürəkdə əxlaqi qanunun varlığı ilə Allahın təsdiqi üçün möcüzəyə ehtiyac qalmır. Həmçinin onun nəzərində dini şüarların, ibadətlər və müxtəlif duaların əhəmiyyəti yoxdur. A.Plantinqa dini plüralizmi də qəbul etmir. Çünki, o müxtəlif saylı dinlərə inanmır və dini zati cəhətdən bir hesab edir. Müxtəlif saylı məzhəblərin müxtəlif adət və şüarlarını qeyri- zati və qeyridini hesb edir. Əlbəttə bu dinə zidd olmaq demək deyil.

A.Plantinqanın din və dindarlıq barəsindəki təsəvürü İ. Kantın ideyaları ilə üst-üstə düşür. O deyirdi:“Mən inama yol açmaq üçün, praktikada rasionallığı kənara qoymağı lazım bildim”.(7) Bu cümlədəki məqsədi ondan ibarətdir ki, tanımağı fenomen aləmi ilə məhdudlaşdırmaq nəzəri ağlı yüksək dəyanət məqsədinə, yəni, Allah, nəfs və ixtiyara, çatmaqdan çəkindirməklə bu həqiqətlərə inam yolunun praktik zəka və əxlaqi vicdanın zəmanəti ilə açmaq deməkdir.

Digər mühüm məsələlərdən biridə A.Plantinqanın nəzəri zəka anlayışları ilə metafizikanı isbat və ona daxil olmağı qeyrimümkün olduğuna inanmaması ilə xüsusi mənada ilahiyyata və kəlam elminə (Theology) xidmət etməsidir. Buna görə kəlamı nəzəri zəkadan istifadə edən müxaliflərdən uzaq etmişdir.

Doğrudur bu inam- Allah məfhumu barəsində təmiz idrak yolu ilə nəzəri bilik və nizam- intizam sübutu yox- nəzəri inancla birlikdə ola bilər, lakin əxlaqla gözəlləşmiş və daha yaxşı insanın yaranması üçün müqəddəs kitaba birbaşa müraciət daha məqsədə uyğundur.

A.Plantinqanın nəzərində inancla dinin fərqliliyi

A.Plantinqa dinlə iman arasında fərq qoyur. O yazır: “Yalnız bir doğru din vardır. Amma inam müxtəlif növlərə ayrıla bilər. Buna görə əgər bir şəxsin bu yaxud başqa inama (İudaizm, Xristian, İslam,) sahib olmasını demək yerinə, onun bu dinə yaxud o dinə sahib olmasını demək daha yaxşıdır.”(8) Bu fərq A.Plantinqanın doğru dinin vahidliyio nəzəriyyəsi də din, əxlaq və iman anlayışlarının təfsirindən irəli gəlir. Onun iddiasına görə din birdən artıq ola bilməz. Amma inamlar tarixi həqiqətlərlə qarışdığından müxtəlif şəkillərə sahib ola bilər. Bu tarixi inamlar hər nə qədər əxlaqi qanulara yaxın olarsa, doğru dinə daha da yaxın olacaqdır.

A.Plantinqa xristianlığın xüsusi inancları ilə təmiz din inancları arasında fərq qoyur. Təmiz inanclar praktik ağlın istəklərindən doğur. Amma xüsusi inanclar isə tarixi kilsə yolu ilə qazanılmış arzuların təcəllisidir. A.Plantinqanın nəzəriyyəsinə əsasən, kilsə tarixi hadisələrin təsiri ilə müxtəlif şəkildəyişmələrə uğradığından, kilsə inamları xüsusi olaraq bir- birində olan fərqləri göstərir. Eyni halda A.Plantinqa əmindir ki, bu dinlər öz əsil məxsus arzularına düzgün yanaşdıqca təmiz dini inanclarıın vəhdətini yarada bilərlər.(9)

Doğrudur, A.Plantinqanın ifadələrində bir- başa Teizm qeyd olunmamışdır. Amma onun fikirlərinə nəzər salan hər bir şəxs onun bunu isbat etmək istədiyini aydın şəkildə hiss edir. A.Plantinqanın baxışlarında batinə baxış və dini qüssələrə üz tutmaq ilk başda hiss olunan varlıq mənasındadır. A.Plantinqanın əsaslandırdığı mövzular ağıldan qeyrisi tərəfindən dərk olunmur.

Yekun və nəticə

A.Plantinqaya görə, zəka mürəkkəb məsələlərin həllində və iztirab və şəkklərin aradan qaldırılmasında acizdir. Məhz bu səbəbə imanı zəkadan öndə hesab edir. Amma bu, zəkanın dəyərinin minimal olmasını xarakterizə etmir. Əgər hər hansı bir şəxs güclü zəkaya sahib olmazsa, dinin yalnız zahirindən bəhrələnəcək, amma dinin həqiqət və batininə yol tapa bilməyəcəkdir. O, elmi cəhətdən ağla yükək dərəcə və əhəmiyyət verir. Həmçinin sırf ağıldan istifadə etməklə, düşüncəyə təkid edir. O, həmçinin dini cəhətdən dini inancları da əsas sayır.

Onun baxışına əsasən hər bir fərdin dini inanca ehtiyacı vardır. Filosofa görə insanın daxili ehtiyaclarını yalnız dini inanc qarşılaya bilər. Əlbəttə ağlın etibarlılığı da onun üçün çox əhəmiyyət kəsb edir. Filosofun məqsədi inam və ağlın adekvatlıq dərəcəsini müəyyən etməkdir.

A.Plantinqa batini kəşf və şəxsi yəqinin həqiqəti isbat etmək üçün ən uyğun metod olduğuna inanır. Çünki insan ruhu Allahın nurundan bir hissədir.

A.Plantinqa fəlsəfə və ağlın dinə xidmət və onun təlimlərini ağlın müdafiə etdiyini hesab edir. Ona görə inancı insanlarda olan ağlın məşuqu sayır. Doğrudur, fəlsəfə və ağıl dində inkar olunmamışdır. Amma isbat üçün onun sakit qaldığını söyləmək olmaz. Çünki dinin ana mövzularının isbatları ya dəlil ya da xalis ağlın sübutu ilə olmalıdır.

Odur ki, A.Plantinqanın dini epistemoloji məsələlərdə rasional bir filosof olduğunu söyləmək olar. O bütün səyləri ilə qarşısındakı insanın fikirlərində azad düşüncə cürətini yaratmaq istəyir. Çünki əgər zəka azad düşünmək üçün meydan tapmasa, düşüncə qülləsinin ən yüksək zirvəsinə yüksələ bilməz. Amma bunlara baxmayaraq, A. Plantinqa inancın bütün boyutlarının nəzəri ağıl çərçivəsində deyil, praktik ağıl çərçivəsində olduğunu vurğulayır.


QAYNAQLAR:

İdrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəsləfi cərəyan
Hər bir hökmə sübut və arqument gətirilməsini tələb edən fəlsəfi cərəyan.
Plantinga, Alvin, Warranted Christian Belief, Oxford University press, 2000, p. 136
Plantinga, Alvin, Warrant and Proper Function, Oxford University Press, 1993, p. 70-71
Kant İmunuel, Religion within the limits of pure reason alone, Translated by^ Greene and Hsdson, Harper Torchbooks Newyork, 1960, p.3.
Externalism.
Plantinga, Alvin, Warranted Christian Belief, Oxford University press, 2000, p. 7- 8
Plantinga, Alvin, Warranted Christian Belief, Oxford University press, 2000, p. 99- 100.
Mircea Eliade, The encyclopedia of religion, Vol .7 and 8, p. 250.

/onlara.de/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.