Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
11.02.19
Avanqard.net Şayəstə Yaqubovanın Firuz Mustafanın “At günü” hekayəsi haqqında yazdığı məqaləni təqdim edir.
Firuz Mustafa ədəbiyyatımızda nəsr əsərləri və dramları ilə özünəməxsus bir yer tutub.İndi Firuz Mustafanın “At günü ” hekayəsindən söhbət açmaq istəyirəm. Yazıçı bu kiçik nəsr fomasında böyük fikirlər əks etdirib. “At günü ” hekayəsi triptix janrda yazılıb.”Qaçış”,”Intihar”,”Son” adlı hissələrdən ibarət olan əsər insan psixologiyasını,insani keyfiyyətlərin itirilməsini açıq şəkildə oxucuya göstərmişdir. .Bu Azərbaycan ədəbiyyatında bir ilkdir. Yazıçı bu yöndə ədəbiyyatımıza bir yenilik gətirdi. Əsərin özünəməxsus cəhətlərindən biri də yazıçınin əsərdəki obrazlara ad verməməsidir. Bəs yazıçı bununla nə demək istəyir?
Əsərdəki obrazların xüsusiyyətləri tək bir və ya bir neçə insana aid deyil.Buradakı problemlər əslində çox təəssüf ki,hal-hazırki bəşəriyyətin, insanlığın problemidir.Ona görə də əsərdə əsas obraz kimi insan götürülməlidir. Hekayədə hadisələr elə cərəyan edir ki,bir yerdən sonra düşünürsən:”Heyvanlar insanlardan daha əxlaqlı olmağa başlayıb?”.Əsərdə kuliminasiya nöqtəsi kimi isə mən atın bu əxlaqsızlığa dözə bilməyib,özünü yerə çırpıb intihar etməsini götürərdim.Bu səhnə çox təsirləndirici idi.
Firuz Mustafanın “at”ı ilə İsmayəl Şıxlının “Dəli Kür”ündə Cahandar ağanın atını qarşılaşdırarkən aradakı fərqin çox böyük olduğunu görə bilərik.”Dəli Kür”də görürük ki,Cahandar ağanın düşmənləri atının quyruğunu kəsirlər.Cahandar ağa bu hadisəyə göz yuma bilmir,nə qədər ağrılı olsa da öz atının canına qıyır.Çünki ,o dövrdə arvad,at,silah kişinin namusu sayılırdı.Dönüb “At günü”əsərinə nəzər salanda burada atın nə qədər insanlar tərəfindən alçaldıldığını görürük.Bu da bizə dövr keçdikcə dünyanın nə qədər dəyişdiyinin,insanların insanlıqdan çıxdığının göstərgəsidir.Hekayədə biz insanların qəddarlığının,hiyləgərliyinin şahidi oluruq. Bunu əsərdəki bu sitat da sübut edir:”Qonşu, heyvan nə qədər ayıq olsa da, biclikdə insana çata bilməz”.Burada daha bir faktı da görürük ki,insan cəmiyyətdəki mənfiləri görüb susmamalıdır.Əks təqdirdə hər şey çox gec ola bilər. Necə ki,əsərdə dayça sahibinin qonşusuna demək istəyib də deyə bilmədikləri kimi.Dayçanın sahibi pul ucbatından öz kəhərini satır,qonşusuna qarşı gələ bilməyib “günah”adlandırdığı işə ortaq olur.Amma içində qonşusuna nifrət edir,etdiklərinə düzgün baxmır.Bu iç səsi onun infarkt olmasına gətirib çıxarır.Biz nə qədər düzgün düşünsək də,əməlimizdə bunu göstərə bilmiriksə ,bu bizim müsbət insan olmağımıza dəlalət etmir. İnsanın sözü,düşüncəsi ilə əməli arasında uçurum olmamlıdır.Cəmiyyətin necə çirkləndiyini əsərdəki bu cümlə daha yaxşı təsvir edir:”Hər tərəf zülmətə qərq olmuşdu.Göydəki ulduzların nuru yeri işıqlandıra bilmirdi.”
|