Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
ADO teatrı maliyyə problemi ilə üzləşib.
Yaranan bu problemə görə teatr yerləşdiyi məkanı itirə bilər.
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev AzNews.az-a açıqlamasında sənət adamlarını bu teatra dəstək olmağa səsləyib. O, ADO teatrını əsl sənət nümunəsi hesab edir:
“Mən ADO-un yaşamasını istəyirəm. Bu teatr yaşamalıdır. Bilirəm ki, teatrın büdcəsi yoxdur. Mən bu teatrı dəstəkləyirəm. Mənim imkanlarım məhdudur. Əgər imkanım olsaydı, ADO-ya kömək edərdim. ADO Azərbaycan cəmiyyətinə çox şey verib. Əsl sənət nümunəsidir”.
Ayaz Salayev qeyd edib ki, ADO Azərbaycan teatrına yaradıcı gənclər gətirir: “Əgər həmin yaradıcı gənclər olmasa, biz doğrudan da itib-batarıq”.
|