Elçin Hüseynbəylidən Qarabağ mövzulu yeni kitab
06.02.19
Fevralın 6-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) “Qarabağ hekayələri” silsiləsindən “Gözünə gün düşür” kitabının təqdimatı olacaq.
Kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.
333 səhifəlik, nəfis dizaynlı kitabı “Yeni poliqrafist” Nəşriyyatı çap edib. Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.
Qarabağ mövzusuna davamlı müraciət edən müəllifin ilk hekayəsi “Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb.
Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxıb. Son hekayə - “Sevgiylə döyüşmək” ötən ilin aprelində nəşr olunub.
Kitab tədbir iştirakçılarına hədiyyə ediləcək.
|